SON XƏBƏRLƏR

Bəqai Fransanı "repressiya"ya görə qınadı

2026.10.02, 15:29
Bəqai Fransanı "repressiya"ya görə qınadı

Fransa polisinin etirazçılara qarşı zorakılığını pisləyirik.

Gunaz.tv

Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib.

O, Fransanın "tələbə və məktəblilərin etirazları qarşısında fundamental insan hüquqlarına və fundamental azadlıqlara hörmətlə yanaşmasını" istəyib.

Fransa hökumətini repressiyalara son qoymağa çağıran Bəqai, etirazçılara ümumi əmlaka ziyan verməməyi tövsiyə edib.

Xatırladaq ki, Fransanın müxtəlif bölgələrindəki yüzlərlə orta məktəb şagirdi ötən həftədən, yeni tədris ilinin ilk ayından bəri müəllim çatışmazlığına, sinif otaqlarının bağlanmasına və təhsil müəssisələrinin olmamasına etiraz olaraq məktəblərini işğal ediblər.

Yüzlərlə etirazçının həbs edildiyi bildirilsə də, onlardan heç birinə xəsarət yetirilməyib, insan itkisi olmayıb.

Qeyd edək ki, İranda yanvar ayında baş verən etiraz aksiyaları zamanı rəsmi məlumatlara görə 3,000-dən çox, qeyri-rəsmi məlumatlara görə isə 40,00-dən çox etirazçı öldürülüb, minlərlə narazı isə həbs edilib.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar