“Traxtur” klubunun və sahibinin irqçi təhqirlərlə bağlı rəsmi reaksiyası
“Mələvan” və “Traxtur” komandalarının oyunu azarkeşlərin Güney azərbaycanlı türklərin kimliyinə qarşı irqçi şüarlarına görə ləğv edildi
Mehrdad Əxlaqi İranın müdafiə naziri oldu
Ərəb Körfəzi Əməkdaşlıq Şurası: Tehranın addımları Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini hədəfə alır
Ermənistan işğalından Xudafərin körpüsünün azad edilməsindən altı il ötür
Vens: Müharibə davam etməlidir
Həsənu meşələrinə mədən texnikası yenidən qayıdır: Yəzdin Ərdəkan Polad Şirkəti və İranın Atom Enerjisi Təşkilatının adı çəkilir
Kürd “Ronahi” komandasının üzvlərinin Qoşaçayın “Ümidafrin” komandasının üzvlərinə hücumu (Video)
Netanyahu: İran rejimi xərçəng kimidir, ondan qurtulmasaq, geri qayıdacaq
İsrail müdafiə naziri: İranla işimiz bitməyib, bu dəfə enerji obyektlərini də hədəfə alacağıq
Türkiyə XİN Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Fridrix Merts: Almaniya İsrailin yanındadır
Misir və BƏƏ Yəmən müharibəsinə qoşulmağa hazırlaşır?
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
Sepah ilə PJAK arasında gərginlik; tərəflər bir-birini hədələdi
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Traxturun qapıçısı 2026-cı ilin Asiyada ən yaxşı kişi futbolçusu mükafatına namizəd olub
Güneyli pauerliftinq çempionu 3 il həbsə məhkum edilib
Sahibsiz malların satışı İranın ali dini liderinin icazəsindən asılıdır: Hörmüz boğazından çıxarılan iPhone 18-ləri təhvil verin!
Yəmən İrana: Silahlarınızı ölkəmizdən çıxarın, işlərimizə qarışmayın!
İranın Pakistanla quru sərhədi bağlandı
Gəncəyə raket hücumunun ildönümü: Mehriban Əliyeva anım mesajı yayıb
Tramp ABŞ, Rusiya və Çin arasında nüvə sazişinin mümkünlüyündən danışıb
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
Füzulinin işğaldan azad olunmasının altıncı ildönümüdür
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
Ərəb Liqası husilərin Yəməndə hökumət və mülki obyektlərə hücumlarını pisləyib
Ankara Universitetində Məhəmmədtəqi Zehtabinin anım mərasimi keçiriləcək
İki şəhədə beş məhbus edam edildi
Vens: İranla bağlı hərbi qərarlarda Trampla mövqelərimiz üst-üstə düşür
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
Soyuqbulaqda yol qəzası- Ölən və yaralananlar var
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
Həmədanda dəm qazından zəhərlənən 19 həlak olub
CENTCOM: ABŞ blokada dövründə İranın 25 milyard dollarlıq neft ixracını bloklayıb
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranda daha beş qadın öldürülüb
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
ABŞ İraq İnkişaf Bankının İranla maliyyə əməliyyatlarına verilən icazəni ləğv edəcək
Bloomberg: İranda 150-dən çox şagird və müəllimin öldüyü məktəbə hücumla bağlı hesabat ABŞ seçkilərindən sonraya saxlanılır
Azərbaycanda çevrilişə çağırış etdiyinə görə Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
Liberman: Netanyahu hakimiyyətdə qalmaq üçün İrana qarşı hərbi əməliyyat planlaşdırır
Kreml rəhbərinin bu çıxışından sonra Rusiya arxivlərindəki mövcud xəritələrlə bağlı müxtəlif fikirlər yayılmağa başladı. Azərbaycanda və Ermənistanda sərhədlərin delimitasiyasının 20-30-cu illərin, ya da 70-80-ci illərin xəritələri əsasında aparılmasının vacibliyi haqqında fikirlər gündəmi zəbt etdi.
Bəs söhbət hansı xəritələrdən gedir? Ümumiyyətlə, Rusiya arxivlərindəki xəritələr və Sovet sosialist respublikalarının sərhəd və inzibati ərazi bölgüsünə dair arxiv sənədləri nədən xəbər verir?
Rusiya arxivlərində Azərbaycanla bağlı xəritələr, eləcə də keçmiş Sovet respublikalarının inzibati ərazi bölgüsünə dair arxiv sənədləri əsasən Rusiya Dövlət Kitabxanasının Kartoqrafiya bölməsində, eləcə də Rusiya İctimai Tarix Kitabxanasının arxivində saxlanılır.
Bu arxivlərdəki xəritələr Rusiya Silahlı Qüvvələrin Baş Qərargahında saxlanılan hərbi xəritələrin əsasında hazırlanıb. Ötən əsrin 20-ci illərindən 1985-ci ilə qədər müxtəlif dövrlərdə tərtib olunan bu xəritələrdə Azərbaycanın qonşu Ermənistan və Gürcüstanla sərhədləri dəqiq göstərilib.
Rusiyalı tarixçi: “Hərbi xəritələrdə inzibati ərazi bölgüsünün, sərhədlərin haradan keçməsinin heç bir önəmi yoxdur”
Rusiyalı tarixçi, siyasi ekspert Oleq Kuznetsov APA-ya açıqlamasında bildirib ki, hərbi xəritələr inzibati-ərazi bölgüsü xəritələri üçün texniki əsasdır: “Hər şeydən əvvəl başa düşmək lazımdır ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahındakı xəritələr hərbi fəaliyyətinin teatrlaşdırılmış xəritəsidir.
Bunlar qoşunların harada yerləşməsini göstərən xəritələrdir. Bu halda ordu üçün inzibati ərazi bölgüsünün, sərhədlərin haradan keçməsinin heç bir önəmi yoxdur. Hərbi xəritələrdə ərazinin relyefi, yaşayış məntəqələri, yollar və s. əks olunur. Lakin burada inzibati ərazi bölgüsü nəzərə alınmır. Hərbi xəritələrin əsasında inzibati ərazi bölgüsü xəritələri yaradılır.

O ki qaldı Rusiyanın dövlət arxivlərindəki xəritələrə, yəni, Rusiya Dövlət İctimai Tarix və Rusiya Dövlət Kitabxanalarında olan xəritələrə, bunlar inzibati ərazi sərhədlərini göstərən xəritələrdir. Məsələ ondadır ki, Baş Qərargahdakı xəritələr inzibati ərazi bölgüsünün əks olunduğu və dövlət sərhəd xəttinin, yəni, beynəlxalq hüquqi praktikada delimitasiya adlandırılan prosesin aparıldığı xəritələrin yaradılması üçün topoqrafik əsasdır.
Bu mənada baş qərargahdakı hərbi xəritələrdən ona görə istifadə olunur ki, onlar ən dəqiq xəritələr hesab olunur. Həmin xəritələr bir növ kartoqrafik və ya topoqrafik etalon sayılır.

Məhz bu xəritələrin əsasında sərhədlərin delimitasiyasi və demarkasiyası ilə bağlı siyasi məsləhətləşmələr aparılır. Daha sonra mütəxəssislər, topoqraflar, geodezistlər həmin xəritələr əsasında ərazilərə gedirlər, orada mühəndis texniki fəaliyyətlərə başlanılır, sərhəd xətləri, nişanları, dirəkləri quraşdırılır”.
1925-ci ilin Zaqafqaziya siyasi xəritəsi: “Stenpakert” yox, Xankəndi

Azərbaycana aid xəritələrin yerləşdiyi əsas arxiv Lenin adına Rusiya Dövlət Kitabxanasının “Paşkov Evi”ndə yerləşən kartoqrafiya bölməsidir. Burada Azərbaycana aid 9 ədəd xəritə mövcuddur.
Həmin xəritələrdən ən qədimi 1925-ci ildə çap olunan Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasının siyasi xəritəsidir. Bu xəritədə Azərbaycanın qonşu Ermənistan və Gürcüstanla sərhədləri, o cümlədən 15 mahalı, bir muxtar vilayəti və muxtar respublikası qeyd olunub.
1925-ci ildə çap olunmasına baxmayaraq həmin xəritədə Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati mərkəzi ermənilərin sonradan adlandırdığı Stepanakert kimi deyil, qədim adı olan Xankəndi şəhəri kimi göstərilib.

Bu arxivdə olan digər xəritələr isə Yermakovun 1928-ci və 1931-ci illərdə tərtib etdiyi “Qafqaz” adlı xəritələri, 1936-cı ildə çap olunan ağ kağız üzərində qara rəngli ştrixlərlə cızılan və sərhədlərin qeyd olunduğu “Z.S.F.S.R” xəritəsi, 1938-ci ildə Ümumrusiya Geoloji Fondu tərəfindən nəşr olunan xəritə, 1975, 80, 84 və 85-ci illərdə nəşr olunan SSRİ Nazirlər Sovetinin Geodeziya və Kartoqrafiya Baş İdarəsinin xəritələridir.
“1925-ci ilin xəritəsi və 1921-ci ildə imzalanan “Qars müqaviləsi” Azərbaycanla Ermənistan arasında hazırda dövlət sərhədinin delimitasiyası üçün başlanğıc nöqtəsi ola bilər”
Oleq Kuznetsov hesab edir ki, Rusiya arxivlərindəki xəritələr Azərbaycan və Ermənistan ərazilərinə münasibətdə dövlət siyasətinin necə inkişaf etdiyinin göstəricisidir: “SSRİ 1924-cü ildə yaranan zaman onun tərkibində hələ az dövlət vardı. Bunlar Rusiya, Belarus, Ukrayna və Azərbaycan, Gürcüstan və Ermənistanın daxil olduqları Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası idi. Zaqafqaziya Federasiyası Sovetlər İttifaqını təsis edən tam hüquqlu subyektlərdən biri olub.
Buna müvafiq olaraq öz ərazi bütövlüyünü göstərmək üçün Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası dövlətlərinin inzibati ərazi bölgüsünün əks olunduğu xəritənin tərtib olunmasına ehtiyac yaranıb.
1925-ci ilin Zaqafqaziya Siyasi Xəritəsi də bunun nəticəsində yaranıb. Məhz 1924-cü ildə müxtəlif yaşayış məntəqələrinin Zaqafqaziya Federasiyasının inzibati ərazi vahidlərinə aid edilməsi baş verdi.
Daha sonra isə yaşayış məntəqələri mahallar arasında bölündü. İnzibati sərhədləri təyin edən topoqrafik komissiyalar yaradıldı. Arxivdə olan 1925-ci ilin xəritəsi və eyni zamanda həmin dövrə aid kartoqrafik arxiv sənədlər toplusu və onların yazılı izahları Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasının dövlət suverenliyinin formalaşmasının həmin dövrdə təqlididir.
Ona görə də, hesab edirəm ki, 1925-ci ilin xəritəsi və Cənubi Qafqazda sərhədləri müəyyən edən yeganə sənəd olan və beynəlxalq hüquq tərəfindən tanınan 1921-ci ildə imzalanmış Qars müqaviləsi Azərbaycanla Ermənistan arasında hazırda dövlət sərhədinin delimitasiyası üçün başlanğıc nöqtəsi ola bilər”.
Təkcə xəritələr deyil, Rusiya arxivlərindəki sənədlərdə Ermənistan ərazisində olan yer adlarının, toponimlərin sonradan necə erməniləşdirildiyinə, ermənilərin özününki hesab etdiyi dini abidələrin əslində alban dini abidələri olduğuna dair çoxsaylı faktlara rast gəlinir.
Azərbaycana aid xəritə, sərhəd və inzibati ərazi bölgüsünə dair sənədlər toplusunun olduğu ikinci məkan Rusiya İctimai Tarix Kitabxanasının arxividir. Burada Azərbaycanın Qədim və Orta əsrlər memarlıq abidələrinin xəritəsi, 1953-cü ildə SSRİ Daxili İşlər Nazirliyinin Geodeziya və Kartoqrafiya Baş İdarəsinin nəşri olan Azərbaycan SSR-in xəritəsi, eyni zamanda Ermənistan SSR-in coğrafi adlarının rus dilinə köçürülməsi haqqında təlimat, 1924, 1949, 1980-ci illərə aid Sovet İttifaqının inzibati-ərazi bölgüsünə dair arxiv sənədləri toplusu qorunub saxlanılır.
Azərbaycanın Qədim və Orta əsrlər memarlıq abidələrinin xəritəsində ölkəmizin ərazisində olan xristian məbədləri qədim Qafqaz Albaniyası abidələri kimi qeyd olunub.
Arxiv sənədləri toplusu: “Xankəndinin əsası 1752-ci ildə qoyulub, 1840-ci ildə isə rəsmən şəhər kimi təsdiqlənib. 1923-cü ildə isə şəhərin adı dəyişdirilərək “Stepanakert” adlandırılıb”
Rusiya İctimai Tarix Kitabxanasının arxivində aşkar etdiyimiz ən maraqlı sənədlərdən biri 1924-cü ildə nəşr olunan Sovetlər İttifaqının inzibati-ərazi bölgüsünə dair arxiv sənədləri toplusudur. Bu sənədlər toplusunda qədim Azərbaycan şəhəri olan Xankəndinin adının 1923-cü ildə dəyişdirilərək Stepanakert adlandırıldığı qeyd olunub. Həmin topluda Xankəndinin əsasının 1752-ci ildə qoyulduğu, 1840-ci ildə isə rəsmən şəhər kimi tanındığı göstərilib.
“1925-ci ilin Zaqafqaziya Siyasi xəritəsi əsasında hazırda Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası aparılmalıdır. Bu, ən münasib xəritədir”
Rusiyalı tarixçi Oleq Kuznetsov Cənubi Qafqaz dövlətlərinin sərhəd məsələsinin beynəlxalq hüquq səviyyəsində yeganə həllinin Qars müqaviləsinin əlavələrinə müvafiq olaraq müəyyən edildiyini bildirib: “Məhz bu məlum hüquqi sənədə söykənərək sərhədlər haqqında danışmaq olar.
İnzibati ərazi bölgüsünə dair sənədlərin isə beynəlxalq hüquqi əhəmiyyəti yoxdur. Çünki bu, o zaman Sovetlər İttifaqının istisnasız olaraq daxili məsələsi olub. Hətta dövlətlərarası deyil, bəzən rayonlararası qərarlara aid olub. Rayon İcraiyyə Komitəsinin qərarı ilə bir kənd sovetinə aid ərazi, qonşu respublikanın kənd sovetinin tərkibinə verilib.
SSRİ tarixində belə məqamlar çox olub. Nəticədə Ermənistan Azərbaycanın torpaqları hesabına öz ərazilərini genişləndirib. Azərbaycanın ərazisi isə azalıb. Qars müqaviləsinə daha yaxın xəritə məhz 1925-ci ilin xəritəsidir. Məhz bu xəritənin əsasında Cənubi Qafqaz respublikalarının inzibati-ərazi bölgüsü aparılıb.
Ona görə də hesab edirəm ki, Sovetlər İttifaqının ən gənc dövrünə aid 1925-ci ilin Zaqafqaziya Siyasi xəritəsi əsasında hazırda Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası aparılmalıdır. Bu, ən münasib xəritədir”.
İndi aydın olur ki, Ermənistan niyə görə sərhədlərin delimitasiyasının Sovetlər dövründəki xəritələr, xüsusi ilə də 1920-ci ilin xəritələri əsasında aparılmasına qarşı çıxır.
“ZSFSR xəritəsinə qayıtsaq, Qars müqaviləsinə müvafiq olaraq Ermənistan həmin əraziləri Azərbaycana qaytarmağa məcburdur”
Oleq Kuznetsov Sovetlər İttifaqının müəyyən mərhələlərində Ermənistanın Azərbaycanın torpaqları hesabına öz ərazilərini genişləndirdiyini söyləyib: “Ona görə ki, 1936-cı ildə Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası ləğv olunandan sonra Azərbaycanın ərazilərinin bir hissəsi Ermənistana verildi. Böyük Vətən müharibəsindən sonra, eləcə də ötən əsrin 70-80-ci illərində Ermənistan Azərbaycan torpaqları hesabına öz ərazilərini genişləndirməyə nail olmuşdu.
Ona görə də, indi Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası xəritəsinə qayıtsaq, Qars müqaviləsinə müvafiq olaraq Ermənistan həmin əraziləri Azərbaycana qaytarmağa məcburdur.
Zaqafqaziya Respublikasının xəritələrinə əsasən, nə Azərbaycanın Ermənistanda eksklavı, nə də Ermənistanın Azərbaycanda eksklavı mövcud olub.
Naxçıvanın Kərki kəndi, eləcə də Ermənistanla Azərbaycan sərhədindəki bir çox yaşayış məntəqələri Azərbaycana məxsus olub. Ona görə də, delimitasiya prosesində 1925-ci ilin Zaqafqaziya Respublikası xəritəsi əsas götürülsə, Ermənistan həmin əraziləri Azərbaycana qaytarmağa məcbur olacaq”.
Bu isə o deməkdir ki, o qədər böyük olmasa da, Azərbaycan ərazisi sərhədlərin delimitasiyasından sonra mütləq genişlənəcək. Çünki Azərbaycanın əlində həmin əraziləri qaytarmaq üçün bütün hüquqi əsaslar mövcuddur. (apa)
Ayxan
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Həmədanda onlarla tələbə zəhərləndi
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
İran Britanıya səfirini XİN-ə çağırıb
İran Ali Məhkəməsi daha bir siyasi məhbusun edam hökmü təsdiq etdi
Təbrizdə ailə başçısı həyat yoldaşı və övladlarını öldürdü
İrana yüzlərlə silahlı göndərilib- Hökumət mediası
Təbizdə tibb bacıları etiraz aksiyası keçirdilər
Qaradağda məktəb direktorunun maşını yandırılıb
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
Qaradağda məktəb direktorunun maşını yandırılıb
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub
Təbizdə tibb bacıları etiraz aksiyası keçirdilər
Milli fəalara əlavə cəzalar verildi
İran Ali Məhkəməsi daha bir siyasi məhbusun edam hökmü təsdiq etdi
İsrail prezidenti Azərbaycana gəldi
Rusiyalı mütəxəssislər İrana getdi
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
İranın kölgəsindəki hakerlərdən Azərbaycana kiberhücum
İranda qadınlara qarşı ayrı-seçkilik konsert turunun ləğvinə səbəb oldu
İrana yüzlərlə silahlı göndərilib- Hökumət mediası
Təbrizli rejissordan Türkiyəyə iş dalınca gedən işçilərin hekayəsi
Təbrizdə ailə başçısı həyat yoldaşı və övladlarını öldürdü
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır
Yəhudi əsilli şagirdlər də vahid geyim formasına riayət edir