Türkiyə XİN Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Fridrix Merts: Almaniya İsrailin yanındadır
Misir və BƏƏ Yəmən müharibəsinə qoşulmağa hazırlaşır?
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
Sepah ilə PJAK arasında gərginlik; tərəflər bir-birini hədələdi
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Traxturun qapıçısı 2026-cı ilin Asiyada ən yaxşı kişi futbolçusu mükafatına namizəd olub
Güneyli pauerliftinq çempionu 3 il həbsə məhkum edilib
Sahibsiz malların satışı İranın ali dini liderinin icazəsindən asılıdır: Hörmüz boğazından çıxarılan iPhone 18-ləri təhvil verin!
Yəmən İrana: Silahlarınızı ölkəmizdən çıxarın, işlərimizə qarışmayın!
İranın Pakistanla quru sərhədi bağlandı
Gəncəyə raket hücumunun ildönümü: Mehriban Əliyeva anım mesajı yayıb
Tramp ABŞ, Rusiya və Çin arasında nüvə sazişinin mümkünlüyündən danışıb
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
Füzulinin işğaldan azad olunmasının altıncı ildönümüdür
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
Ərəb Liqası husilərin Yəməndə hökumət və mülki obyektlərə hücumlarını pisləyib
Ankara Universitetində Məhəmmədtəqi Zehtabinin anım mərasimi keçiriləcək
İki şəhədə beş məhbus edam edildi
Vens: İranla bağlı hərbi qərarlarda Trampla mövqelərimiz üst-üstə düşür
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
Soyuqbulaqda yol qəzası- Ölən və yaralananlar var
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
Həmədanda dəm qazından zəhərlənən 19 həlak olub
CENTCOM: ABŞ blokada dövründə İranın 25 milyard dollarlıq neft ixracını bloklayıb
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranda daha beş qadın öldürülüb
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
ABŞ İraq İnkişaf Bankının İranla maliyyə əməliyyatlarına verilən icazəni ləğv edəcək
Bloomberg: İranda 150-dən çox şagird və müəllimin öldüyü məktəbə hücumla bağlı hesabat ABŞ seçkilərindən sonraya saxlanılır
Azərbaycanda çevrilişə çağırış etdiyinə görə Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
Liberman: Netanyahu hakimiyyətdə qalmaq üçün İrana qarşı hərbi əməliyyat planlaşdırır
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
İranda internet tarifləri 40 faiz bahalaşıb
Şərqi Azərbaycanda əhalinin 54 faizi özünü bərabərsizliyə məruz qalmış hesab edir
Urmiyadada iş qəzasında üç nəfər həlak oldu
İrandan Azərbaycana 35 kq narkotik keçirilməsinin qarşısı alınıb
Azərbaycan və NATO arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
İranda ayaqqabı təmirçilərinin sayı artıb
Səudiyyə Ərəbistanı İranı husilərin hücumlarını artırmağa təşviq etməkdə ittiham edir
İranda daha bir molla öldürüldü
Təbrizdə də "hicab"la bağlı aksiya keçirilib
"Report"un əməkdaşı mövzu ilə əlaqədar Qərbi azərbaycanlı jurnalist, araşdırmaçı, yazıçı və kolleksiyaçı Dilqəm Əhmədlə söhbət edib. Müsahibəni təqdim edirik:
- Əslən Qərbi azərbaycanlısız. Hansı bölgədənsiz? Bakıya hansı şəraitdə köçmüsüz?
- 1985-ci ildə İrəvan şəhərinin Zəngibasar mahalının Zəngilər kəndində doğulmuşam. Məlum deportasiya zamanı ailəmiz 1988-ci ilin oktyabr ayında Sumqayıta gəlməyə məcbur olublar, daha sonra isə Bakıya köçüblər. Atam, anam, eləcə də babalarım Zəngibasar mahalında doğulublar.
Yəni, köklü şəkildə bu bölgənin sakinləri olmuşuq. Atam oradan köçə məcbur edildiyi zaman 28 yaşı olmasına baxmayaraq kəndimizdəki hər çığırı, hər divarı, bir sözlə hər künc-bucağı bugünkü kimi xatırlayır. İnsanın uşaqlıq və gənclik illərini keçirdiyi ata-baba yurdunu unutması mümkün deyil.
Ailəmiz ötən illər ərzində həmişə yurd həsrəti ilə yaşadı. Yaşlı insanların çoxu isə qaçqın düşdükdən sonra uzun illər yaşaya bilmədi. Məsələn, mənim babam deportasiyadan iki il sonra vəfat etdi. Biz indiki Ermənistan ərazisindən qovulan sonuncu türklər olduq. Ermənilər özlərini dünyaya humanist xalq kimi göstərməyə çalışsalar da, faktiki olaraq Ermənistan monoetnik dövlətdir.
- Ailənizin Qərbi Azərbaycandakı evi fiziki olaraq qalırmı? “Google maps”la baxırsınızmı?
- İllər əvvəl “Google maps” proqramı istifadəyə veriləndə atamla birgə evimizi tapdıq. Atam deportasiya zamanı başımıza gələn, eyni zamanda erməni xislətini açıq-aşkar göstərən bir hadisəni bu zaman bizə danışdı. Belə ki, İrəvandan köçərkən ermənilər “türklər gedir, gəlin onların yüklərini yandıraq” deyə qışqırıblar.
Atam qondarma erməni soyqırımının anım günü keçirilən zaman şəhərə getməyin bizim üçün təhlükəli olduğunu da tez-tez xatırlayardı. Bir sözlə, biz erməni təhdidini hər zaman hiss etmişik.
- "Qərbi Azərbaycan İcması” ictimaiyyəti “Qayıdış Konsepsiyası”nın layihəsinə dair təkliflərini təqdim etməyə çağırıb. Sizin hansısa təklifiniz olacaq?
- Mən məsələyə bir tarixçi kimi də yanaşmaq istəyirəm. 1827-ci ildə İrəvan xanlığı işğal edildi və bir il sonra İrandan, Anadoludan bu bölgəyə kütləvi şəkildə ermənilərin axını oldu.
Çar Rusiyası faktiki İrəvan xanlığının yerində erməni vilayəti yaratdı və tədricən İrəvan bölgəsi erməniləşdirilməyə başlandı. Mənim şəxsi arxivlərimdə və digər bir çox tarixi şəkillərdə İrəvanın çox məscidli bir şəhər olduğu görünür.
Yəni, İrəvan həmişə müsəlman-türk şəhəri olub. Bu baxımdan hesab edirəm ki, 1827-ci ildən 1988-ci ilə qədər orada yaşayan azərbaycanlıların deportasiyası, soyqırımına məruz qalması faktlarının silsilə şəklində araşdırılmasını və İrəvan bölgəsi ilə əlaqədar çalışan tarixçilərin təşkilatının yaradılmasını təklif edəcəm.
Digər bir təklifim isə insanların Qərbi Azərbaycan barədə daha çox maarifləndirilməsinə çalışmaqdır. Məsələn, bura hansı ərazilərin daxil olması, oradakı tarixi abidələrimiz barədə soydaşlarımızı maarifləndirmək lazımdır.
Əcnəbi bir fotoqraf İrəvanda dağıdılmış “Ağadədə” məzarlığının şəklini çəkmişdi.
Həmin məzarlığı görəndə çox məyus oldum. Həmin məzarlardan biri də mənim qohumlarıma aid idi. Əslində bu, bizim üçün yeni məsələ deyildi.
Ermənilərin məzarları dağıtması faktlarını Qarabağda da görmüşük.
- "Qərbi Azərbaycan İcması” Qərbi Azərbaycandan didərgin düşmüş soydaşlarımızın təşkilatlanmasında necə rol oynaya bilər?
- Bu, həssas məsələdir. Prezident İlham Əliyevin doğum günündə "Qərbi Azərbaycan İcması”nı ziyarət etməsindən sonra icmanın nüfuzunun artdığını düşünürəm. Həmin ziyarətdən sonra icmanın xeyli aktivləşdiyinin də şahidi olduq.
Düşünürəm ki, bizlərin bir icmada birləşməsi çox önəmlidir.
Əsasən, Qərbi Azərbaycandan köç etmiş insanlar yaşayır, onların siyahıya alınma məsələsi öz həllini tapmalıdır.
Eyni zamanda Qərbi azərbaycanlıların televiziya kanalları, mətbuat orqanları olmalı, kitab nəşrlərinə dövlət mümkün qədər dəstək verməlidir. Arxiv sənədlərindən istifadə etməklə keyfiyyətli sənədli filmlər çəkilməlidir. Ümumiyyətlə, təşkilatlanmamız baxımından icma bir çox mənada mühüm rol oynaya bilər.
- Qərbi Azərbaycandan olan soydaşlarımızın öz ata-baba yurdlarına qayıda bilməsi üçün hansı işlər görülə bilər?
- Sovet dövründə azərbaycanlılar kompakt şəkildə yaşayıblar, eləcə də ermənilər. Fikrimcə, əvvəlcə istər Göyçə, istərsə də digər ərazilərdə sırf azərbaycanlılardan ibarət icma yaradılmalıdır. Bu yolla Qərbi azərbaycanlılar tədricən öz ata-baba torpaqlarına qayıda bilərlər.
Qarabağdakı bir sıra problemlər tam şəkildə öz həllini tapdıqdan sonra dövlət gecikmədən bu məsələ ilə əlaqədar da addımlar atmalıdır.
- Azərbaycanlıların Qərbi Azərbaycandan qovulmasının sübutu üçün hansı tarixi mənbələri, məqamları qabartmaq lazımdır?
- Nə 1988-ci il, nə də 1948-1953-cü illər uzaq tarix deyil. Hətta bu tarixlərlə bağlı xeyli kitablar da yazılıb. Verilən qərarlar, sənədlər istər Rusiya, istərsə də Azərbaycanın dövlət arxivlərində qalmaqdadır. İrəvan şəhərinin Cümhuriyyət dönəmində Ermənistana güzəştə gedilməsi ilə əlaqədar Azərbaycan Milli Şurasının rəsmi sənədi var.
Həmçinin, Osmanlı arxivlərində məsələ ilə əlaqədar bir çox sənədlər mövcuddur.
Eyni zamanda XIX əsrin sonlarında Çar Rusiyası tərəfindən əhalinin siyahı alınması zamanı açıq şəkildə Qərbi Azərbaycanda yaşayan azərbaycanlılarının sayının kifayət qədər çox olduğunu görürük.
- Tarixi mənbələrin olması ilə yanaşı həmin hadisələri dünya ictimaiyyəti qarşısında sübut etmək üçün daha hansı istiqamətləri seçmək olar?
- Əslində, ermənilərin tək uğuru onların diasporu idi. Lakin Vətən müharibəsində ermənilər geri çəkildikcə, diasporun da səsi azalmağa başladı. Deməli, biz sadəcə olaraq onları gözümüzdə çox böyütmüşük.
Həmin ərəfədə ölkəmizdə sosial media təhlükəsizlik məsələlərinə görə məhdudlaşdırılsa da, gənclərimiz yenə də layiqincə ermənilərin cavabını verir, haqq səsimizin dünya ictimaiyyətinə çatdırılmasına çalışırdılar.
Qərbdə bir sıra xalqlar məsələyə müsəlman-xristian konteksindən yanaşırdılar. Lakin dövlətlər üçün bu keçərli deyil, onların öz maraqları var.
Fransa da Ermənistan vasitəsilə bölgəyə gəlmək marağındadır. Azərbaycan strateji mövqedə yerləşən ölkədir və Zəngəzur dəhlizi açıldıqdan sonra buraya olan maraqlar daha da artacaq.
Ayxan
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Həmədanda onlarla tələbə zəhərləndi
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
İran Britanıya səfirini XİN-ə çağırıb
İran Ali Məhkəməsi daha bir siyasi məhbusun edam hökmü təsdiq etdi
Təbrizdə ailə başçısı həyat yoldaşı və övladlarını öldürdü
İrana yüzlərlə silahlı göndərilib- Hökumət mediası
Təbizdə tibb bacıları etiraz aksiyası keçirdilər
Qaradağda məktəb direktorunun maşını yandırılıb
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
Bloomberg: Rusiya İranı raketlərlə təmin edir
Əngut və Germidə sel təsərrüfat və infrastruktura ziyan vurub
Qaradağda məktəb direktorunun maşını yandırılıb
Təbizdə tibb bacıları etiraz aksiyası keçirdilər
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub
Milli fəalara əlavə cəzalar verildi
İran Ali Məhkəməsi daha bir siyasi məhbusun edam hökmü təsdiq etdi
İsrail prezidenti Azərbaycana gəldi
Rusiyalı mütəxəssislər İrana getdi
Tramp və Putin Rusiya dizel yanacağının ixracı ilə bağlı razılığa gəliblər
ABŞ: SEPAH rəsmiləri artıq xaricdə məşuqələri ilə görüşə bilməyəcəklər
Rubio: Əhəmənilər talançı idilər
İranın kölgəsindəki hakerlərdən Azərbaycana kiberhücum
İranda qadınlara qarşı ayrı-seçkilik konsert turunun ləğvinə səbəb oldu
Təbrizli rejissordan Türkiyəyə iş dalınca gedən işçilərin hekayəsi
İrana yüzlərlə silahlı göndərilib- Hökumət mediası
Təbrizdə ailə başçısı həyat yoldaşı və övladlarını öldürdü