SON XƏBƏRLƏR

Məhbus güneyli jurnalist prokurorluğa çağırıldı

2023.08.03, 15:36
Məhbus güneyli jurnalist prokurorluğa çağırıldı

Tehranın Evin həbsxanasının qadınlar bölməsində saxlanılan güneyli jurnalist Nazila Mərufian həbsxana prokurorluğuna çağırılaraq dindirilib.

Gunaz.tv

Bu barədə jurnalistin ailəsinə yaxın mənbələr məlumat yayıblar.

Məlumatda bildirilib ki, Nazila Mərufian yenidən dindirilib və barəsində irəli sürülmüş "hökumətə qarşı təbliğat" və "toplaşmaq və əlbir olmaq" ittihamları üzrə son müdafiəsini edib.

O, cari ilin yanvar ayında "ictimai rəyi çaşdırmaq məqsədi ilə rejim əleyhinə təbliğat aparmaq və yalan məlumatlar yaymaq" ittihamına görə iki il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2022-ci ildə İranda meydana gələn ümumi etirazlar zamanı azı 95, o cümlədən 24 qadın jurnalist həbs edilib.

Beynəlxalq təşkilatların hesabatlarına görə, İran media azadlığına sahəsində 180 ölkə arasında 177-ci yerdədir.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar