SON XƏBƏRLƏR

Məşhur Azərbaycan əleyhdarı Əsğər Fərdi ölüb – VİDEO

2021.10.20, 07:36
Məşhur Azərbaycan əleyhdarı Əsğər Fərdi ölüb – VİDEO

Gunaz.tv

GünAz TV: Azərbaycan əleyhdarlarından olan Əsğər Fərdi 55 yaşında ürək dayanmasından Təbrizdə ölüb.

 

Onun görkəmli şair Məhəmməd Hüseyn Şəhriyarın şagirdi olduğu bildirilir, lakin o, ustad vəfat etdikdən sonra ona dönük çıxıb, şairin əsərləri və mövqeyini panfarsizm məktəbinin xeyirinə olaraq təhrif edib.

 

Ə.Fərdi İranın Ettelaat və təhlükəsizlik qüvvələri ilə geniş əməkdaşlıq edib, onlara Güney Azərbaycan, Quzey Azərbaycan və Türkiyə əleyhinə məsləhətlər verib.

 

O keçmiş prezident mərhum Heydər Əliyev zamanı bir stratejik orqanın mühüm sənədlərini oğurlamaq istəyərkən saxlanılıb, sonralar İrana deportasiya edilib və ömrünün sonunadək Azərbaycan Respublikasına gedə bilməyib.

 

Həmin şəxs “Səhər” Telekanalında Azərbaycan əleyhinə müsahibələr verərək bu ölkəyə qarşı təxribatlar aparıb. O həmin telekanalda “Kompas” adlı verilişin aparıcısı olub, fəaliyyət müddətində Azərbaycan Respublikasında baş verən hadisələri təhrif etməyə çalışıb, Nardaran və Talış-Muğan terrorçularına dəstək verib.

 

İran təhlükəsizlik qüvvələrinin əlaltısı bəzi Türkiyə telekanallarına da müsdahibə verib. O müsahibələrində İslam Cümhuriyyətinə bəraət qazandırmağa, İranda insan hüquqlarının pozulmadığını sübut etməyə çalışıb. O hətta 2009-cu il etirazlarında İranda təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində həlak olan Neda Ağa Sultanın ölümünü Amerika Birləşmiş Ştatları və İsraillə əlaqələndirib. Ə.Fərdi bununla İslam İnqilabı Keşikçilər Korpusunun (“Spah”) cinayətlərini ört-basdır etməyə çalışıb.

 

Onun anti-Azərbaycan fəaliyyətlərinə yaxından şahid olan bir şəxs, Azərbaycanda Rafiq Tağının onun yaxın adamları tərəfindən öldürüldüyü barədə GünAz TV-yə məlumat verib. Onun nardaranlı islamçı ekstrimistləri silahlandırmaqda xüsusi rol oynadığı da bildirilir.

 

Əsğər Fərdi İran kəşfiyyat orqanlarının yardımı ilə ustad Şəhriyarın islam inqilabı, Xomeyni və Xamneyi ilə bağlı olan şeirlərini kitab şəklində çap edib. O bu barədə “Anac” xəbər agentliyinə deyib: “Ustad Şəhriyarın inqilabla bağlı şeirlərinin çoxu qəsdən çap olunmayıb. Mən bunları topladım və belə düşündüm ki, bəlkə nəşriyyatlar bu şeirləri unudub və ya xəbərsiz olublar. Mən bu şeirləri “Əlhoda” nəşriyyatı vasitəsi ilə “Şəhriyar və islam inqilabı” adlı bir kitabda çap etdim. 400 səhifəlik divanda şeirlərin əksəriyyəti imam Xomeyni, inqilab və Ayətullah Xamneyi ilə bağlıdır. Ümumiyyətlə ustad həyatının son 10 ilində təxminən elə bir şeir deməyib ki, bir növ islam inqilabı ilə əlaqəli olmasın.”

 

Ə.Sərdi qondarma Talış-Muğan Respublikasının yaradılması projesində İran dövlətinin müşavirlərindən biri olub. Şübhəsiz ki, bu plan mərhum Heydər Əliyevin önləyici tədbirləri nəticəsində bir dəfəlik çözülüb və təmami ilə məğlubiyyətə uğrayıb.

 

Ə.Fərdi fəaliyyəti müddətində hər zaman Güney Azərbaycan, Quzey Azərbaycan və Türkiyə əleyhinə gizli ssenarilər üzərində işləyib. O hər zaman Türkiyə və Azərbaycan Respublikasında radikal şiə və ekstrimist qüvvələrlə sıx əlaqədə olub, onları öz dövlətlərinə qarşı fəaliyyət aparmağa təhrik edib.

 

Video:

https://www.youtube.com/watch?time_continue=208&v=mO8herDWiT0

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar