SON XƏBƏRLƏR

İranın Türkiyədəki maliyyə fəaliyyətinə əlavə məhdudiyyətlər tətbiq edildi

2026.09.19, 12:53
İranın Türkiyədəki maliyyə fəaliyyətinə əlavə məhdudiyyətlər tətbiq edildi

Türkiyənin bank tənzimləyicisi İrana məxsus Millət Bankın İstanbul filialının fəaliyyət lisenziyasını 44 ildən çox müddətdən sonra ləğv edib..

Gunaz.tv

Bu barədə Reuters məlumat yayıb.

Qərar Türkiyənin “Rəsmi Qəzet”ində dərc olunan bildirişdə açıqlanıb. Bildirişdə deyilir: “Tehranda yerləşən Millət Bankının Türkiyə, İstanbul Mərkəzi Filialının fəaliyyət lisenziyasının ləğv edilməsi qərara alınıb”.

Qərar Türkiyənin bank qanunvericiliyində bankın fəaliyyətinin əmanətçilərin hüquqları və ya maliyyə sisteminin təhlükəsizliyi və sabitliyi üçün risk yaratdığı hesab edilərsə, onun lisenziyasının ləğvinə imkan verən müddəaya əsasən qəbul edilib.

Bildirişdə qərarın ABŞ-ın tətbiq etdiyi sanksiyalarla və ya bankın fəaliyyətində konkret problemlərlə bağlı olduğu qeyd edilməyib.

Bu ayın əvvəlində ABŞ Maliyyə Nazirliyi İranla əlaqələri olduğu iddia edilən Türkiyənin investisiya bankı Golden Global və onun iki törəmə şirkətinə qarşı sanksiyalar tətbiq edib.

Bundan əvvəl Vaşinqton “İqtisadi Təcrid” əməliyyatı çərçivəsində İranın aviasiya sektoruna qarşı tədbirləri də sərtləşdirib. Sentyabrın 8-də 36 hədəfə, o cümlədən 27 İran aviaşirkətinə qarşı sanksiyalar elan edilib.

Daha sonra Türkiyə və Oman Vaşinqtonla İran əleyhinə tətbiq olunan tədbirlərə əməl olunması məsələsini müzakirə etdikdən sonra Mahan Air aviaşirkətinin uçuşlarını dayandırmaq qərarına gəlib

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar