SON XƏBƏRLƏR

ABŞ-dan YAYILAN AZƏRBAYCAN TELEVİZİYASININ RƏHBƏRİ: «İLK BAXIŞDA DÖVLƏTİN SİYASƏTİ DAYAZ GÖRÜNÜR. ƏSLİNDƏ İSƏ BELƏ DEYİL»

2021.10.20, 07:36
ABŞ-dan YAYILAN AZƏRBAYCAN TELEVİZİYASININ RƏHBƏRİ: «İLK BAXIŞDA DÖVLƏTİN SİYASƏTİ DAYAZ GÖRÜNÜR. ƏSLİNDƏ İSƏ BELƏ DEYİL»

Gunaz.tv
ABŞ-dan YAYILAN AZƏRBAYCAN TELEVİZİYASININ RƏHBƏRİ: «İLK BAXIŞDA DÖVLƏTİN SİYASƏTİ DAYAZ GÖRÜNÜR. ƏSLİNDƏ İSƏ BELƏ DEYİL» 2008-12-30 - 18:32:00 Əhməd Obalı «GünAz TV»nin rəhbəri Əhməd Obalı xarici radioların fəaliyyətinin məhdudlaşdırılmasının tərəfdarı deyil, amma hesab edir ki, münasibətlər qarşılıqlı olmalı, Azərbaycanda hansı ölkənin radiosu, televiziyası yayımlanırsa, həmin ölkədə də Azərbaycan kanallarının yayımına icazə verilməlidir. Bu fikirlərini Ə.Obalı Azərbaycanda xarici radiostansiyaların milli tezlikdə yayımının dayandırılması haqda Milli Televiziya və Radio Şurasının 2008-ci il dekabrın 30-da çıxardığı qərarla bağlı «Media forum» saytının suallarını cavablandırarkən deyib. Ə.Obalı bildirib ki, ilk baxışda dövlətin siyasəti dayaz görünür, yəni dövlət ölkədə azadlığın qarşısını alır: «Əslində isə belə deyil. Əgər Amerika radosunun yayımına Azərbaycan dövləti öz milli tezliyində icazə verirsə, Amerika da Azərbaycan üçün belə bir şərait yaratmalıdır». Ə.Obalı onu da qeyd edib ki, rəsmi Bakının yayımını dayandırdığı xarici radioların məxsus olduğu dövlətlərdən belə bir haqq istəyib-istəmədiyindən xəbərsizdir. «GünAz TV» (Güney Azərbaycan Televiziyası) 2005-ci ilin aprelindən efirdədir. Televiziyanın ofisi ABŞ-ın Çikaqo şəhərində yerləşir. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar