SON XƏBƏRLƏR

Təbriz teatrı Naxçıvanda olub

2021.10.20, 07:36
Təbriz teatrı Naxçıvanda olub

Gunaz.tv
Təbriz teatrı Naxçıvanda olub 14:12 30-12-2008 Təbrizli aktyorlar “Apardı sellər Saranı” tamaşası ilə çıxış ediblər Təbriz şəhərinin “Azad” teatr truppası Naxçıvanda qastrol səfərində olub. Naxçıvan MR Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, Təbrizli aktyorlar Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının səhnəsində xalq əfsanəsi əsasında hazırlanmış “Apardı sellər Saranı” tamaşası ilə çıxış ediblər. Tamaşanın ssenari müəllifi Seyid Mürtəza Haşimpuş, quruluşçu rejissoru və baş rolun ifaçısı İbrahim Abbasəlizadədir. Qeyd edək ki, tamaşa Naxçıvanda böyük marağa səbəb olub. Təbrizli aktyorlar milli rəqslərimizi yüksək səviyyədə ifa ediblər. LENT.AZ Xəbərin oxunma sayı: 36

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar