SON XƏBƏRLƏR

Bakıda 3 yeni metro stansiyası tikiləcək

2021.10.20, 07:36
Bakıda 3 yeni metro stansiyası tikiləcək

Gunaz.tv
Bakıda 3 yeni metro stansiyası tikiləcək 15:42 30-12-2008 Gələn il Bakı şəhərində eyni vaxtda 3 yeni metro stansiyasının tikintisinə başlanılacaq. Bu barədə «APA-ECONOMICS»ə eksklüziv açıqlamasında Bakı Metropoliteninin rəis müavini, Tikilən Metropoliten Müdiriyyətinin rəisi Arif Rəsulov bildirib. A. Rəsulovun sözlərinə görə, artıq Bakı şəhər İcra Hakimiyyəti iki gün əvvəl hər üç metro stansiyasının inşa olunması üçün ərazinin ayrılmasına dair sərəncam imzalayıb: «Bakı Metropolitenin tarixində ilk dəfə olaraq 3 stansiyanın tikintisinə eyni vaxtda başlanılacaq. Biz gələn ilin dekabr ayında «Azadlıq» stansiyasını da təhvil verməyi planlaşdırırıq». Yeni stansiyalardan biri «Azadlıq» stansiyasının davamı olacaq xətdə yerləşəcək və «Müşfiq» adlanacaq. Digər stansiya Cavad xan küçəsində, «Memar Əcəmi» stansiyasının yaxınlığında yerləşəcək. Keçid olacaq bu stansiya «Cavad Xan» adlanacaq. Yeni inşa olunan avtovağzalın yaxınlığında yerləşəcək üçüncü stansiyanın adı isə «Avtovağzal» olacaq. Qeyd edək ki, Bakı Metropoliteni 1967-ci ildə istismara verilib və hazırda 21 stansiya və 1 depodan ibarətdir. LENT.AZ Xəbərin oxunma sayı: 435

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar