SON XƏBƏRLƏR

Türkiyə mətbuatı Azərbaycan təhsilindəki rüşvətdən yazıb

2021.10.20, 07:36
Türkiyə mətbuatı Azərbaycan təhsilindəki rüşvətdən yazıb

Gunaz.tv
Rüşvətxorluğun əsas səbəbi müəllimlərin maaşının az olmasıdır" Avropa Tələbələr Forumu - Bakı İctimai Birliyi və Gənclər Fəaliyyətinə Dəstək Mərkəzi "Rüşvətsiz Sessiya" kampaniyasını uğurla davam etdirir. Bir həftə ərzində 800-dən artıq cəsarətli tələbə qoluna qırmızı lent bağlayaraq "Tələbəyəm, Rüşvət Vermirəm" şüarını dəstəkləməkdədir. Universitetlərdə və küçələrdə AEGEE-Bakı könüllüləri tərəfindən 200 metrə qədər qırmızı lent tələbələrin qollarına bağlanmışdır. Bundan əlavə, çap edilmiş stikerlər vasitəsilə gənclər və tələbələr kampaniya haqqında məlumatlandırılmışdır. Qeyd edək ki, Avropada olan tələbələr də bu kampaniyanın ideyasını dəstəkləməkdədir. Türkiyənin aparıcı qəzetlərindən biri olan "Hüriyyət" də bu kampaniya haqqında məlumat yayımlayıb. Qəzet həmçinin onu da qeyd edir ki, Azərbaycanda təhsil alan 4500-dən artıq türk tələbə də rüşvətdən şikayətlənir. Bu məsələ ilə bağlı türk tələbələri tərəfindən Azərbaycana səfər edən türkiyəli nazirlər və digər rəsmilərə dəfələrlə şikayət edildiyi bildirilir. Həmçinin bir qism tələbənin sessiyalar zamanı qiymətləri rüşvətlə alması da qeyd edilir. Azərbaycanda universitet müəllimlərinin orta aylıq əmək haqqının aşağı (150-300 AZN) olması da "Hüriyyət" tərəfindən təhsildə rüşvətin əsas səbəbi kimi göstərilmişdir. Kampaniya davam edir!

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar