SON XƏBƏRLƏR

AXCP-nin qurultayı gələn ilin əvvəlində olacaq

2021.10.20, 07:36
AXCP-nin qurultayı gələn ilin əvvəlində olacaq

Gunaz.tv
AXCP-nin qurultayı gələn ilin əvvəlində olacaq 30.12.2008, 05:37 Azərbaycan Xalq Cəbhəsi Partiyası 2009-cu ilin yanvar ayının sonu, fevralın əvvəllərində növbəti qurultayını keçirəcək. Partiya sədrinin təşkilati məsələlər üzrə müavini Həsən Kərimovun APA-ya verdiyi məlumata görə, qurultaya hazırlıq üçün rayon təşkilatlarında konfranslar başa çatmaq üzrədir. O, cəmi bir neçə rayonda konfransların keçirilmədiyini söyləyib:"Yanvarın birinci yarısında konfranslar yekunlaşacaq. Bundan sonra qurultayın vaxtı dəqiqləşəcək". H.Kərimov yer problemi ilə qarşılaşacaqlarını da istisna etməyib:"Biz yerlə bağlı hakimiyyətə müraciət edəcəyik. Əgər qanunlara hörmət edirlərsə, o zaman qurultay üçün yer ayırmalıdırlar". Qurultayda təxminən 700 nümayəndənin iştirakı nəzərdə tutulur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar