SON XƏBƏRLƏR

TÜRKİYƏ PKK BAZALARINI BOMBALADI

2021.10.20, 07:36
TÜRKİYƏ PKK BAZALARINI BOMBALADI

Gunaz.tv
TÜRKİYƏ PKK BAZALARINI BOMBALADI Türkiyə ordusunun Hərbi Hava Qüvvələrinə məxsus qırıcı-bombardmançı təyyarələr dünən kürd terror təşkilatı PKK-nın Şimali İraqdakı mövqelərinə ağır aviasiya zərbələri endirib. Bu barədə “Röyter” agentliyi məlumat yayıb. Türkiyə Silahlı Qüvvələrindəki mənbələrə istinad edən xəbər agentliklərinin məlumatında deyilir ki, türk aviasiyasının hava hücumları dekabrın 27-də axşamdan başlayıb və qısa fasilələrlə dünən günün ikinci yarısına qədər davam edib. Əsas hədəf isə İraqın Hakurka vilayətinin şimal bölgələri olub. Türk hərbi qüvvələrindəki mənbə bildirib ki, PKK yaraqlılarının mövqe tutduğu ərazilər intensiv şəkildə bombardman edilib. Əməliyyatlar zamanı neçə kürd yaraqlısının məhv edilməsi barədə isə dəqiq bilgi verilməyib. KAMRAN

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar