SON XƏBƏRLƏR

HACI İLQAR: «YALNIZ MƏHƏRRƏM AYINDAN MƏHƏRRƏM AYINA DİNƏ, İMANA SAHİB ÇIXMAQ ALLAH DƏRGAHINDA BƏYƏNİLƏN İŞ DEYİL»

2021.10.20, 07:36
HACI İLQAR: «YALNIZ MƏHƏRRƏM AYINDAN MƏHƏRRƏM AYINA DİNƏ, İMANA SAHİB ÇIXMAQ ALLAH DƏRGAHINDA BƏYƏNİLƏN İŞ DEYİL»

Gunaz.tv
HACI İLQAR: «YALNIZ MƏHƏRRƏM AYINDAN MƏHƏRRƏM AYINA DİNƏ, İMANA SAHİB ÇIXMAQ ALLAH DƏRGAHINDA BƏYƏNİLƏN İŞ DEYİL» 2008-12-29 - 11:48:00 Bu gün islam dünyası məhərrəm ayına qədəm qoydu. Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurasının verdiyi fitvaya görə, aşura yanvarın 7-ə təsadüf edir. Məhərrəm ayı Hicri təqviminin ilk ayıdır. 622-ci ildə məhz bu ay Məhəmməd peyğəmbər öz ailəsi və yaxınları ilə Məkkədən Mədinəyə hicrət edib, bununla islam dünyasında yeni təqvim başlayıb. Məhərrəm ayınının 10-cu günü – aşura islam dünyasına Kərbəla müsibəti kimi daxil olub. Həmin gün peyğəmbərin nəvəsi, xəlifə İmam əlinin oğlu İmam Hüseyn öz silahdaşlarıyla birgə 55 yaşında Kərbəlada şəhid edilib. İlqar İbrahimoğlu Məhərrəm-səfər əyyamının yetişməsi ilə əlaqədar İçərişəhər «Cümə» məscidinin dini icması bu dönəmlə bağlı fəaliyyət planını açıqlayıb. Planı təqdim edən İçərişəhər «Cümə» məscidinin imam-camaatı, Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin rəhbəri Hacı İlqar İbrahimoğlu deyib ki, məhərrəm və səfər ayları ərzində (2008-ci ilin dekabrın sonundan 2009-cu ilin fevralın sonunadək) seminarların, dəyirmi masa və konfransların keçirilməsi nəzərdə tutulur. Bu tədbirlərdə əsas etibarilə fədakarlıq, şücaət, ixlas, prinsipiallıq, sədaqət, rəhmlilik, şəfqət, dönməzlik, sınaqlar qarşısında səbir və təmkin, qəhrəmanlıq, yenilməzlik kimi keyfiyyətlərin Kərbəla məktəbi prizmasından açılışını vermək nəzərdə tutulur. Ayın fəlsəfəsinə uyğun olaraq, insanlığa xidmət məqsədilə uşaqlara qanvermə kampaniyasının keçirilməsi də planlaşdırılır. Artıq 9 ildir ki, İçərişəhər «Cümə» məscdinin təsis etdiyi «Əsmaül-Hüsna» proqramı fəaliyyət göstərir. Proqram çərçivəsində donorlar himayələrində olan talassemiyalı uşaqların qana olan həyati ehtiyacını mütəmadi olaraq təmin edirlər. Hacı İlqarın yaydığı press-relizdə o da vurğulanır ki, Aşura dəyərlərinin tək məhərrəmlik dönəmi ilə məhdudlaşmaması yönündə geniş fəaliyyətə ehtiyac var: «Yalnız məhərrəm ayından məhərrəm ayına dinə, imana sahib çıxmaq Allah dərgahında bəyənilən iş deyil. Vacibdir ki, insan hər zaman Allaha bəndəlik etməyə çalışsın». «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar