SON XƏBƏRLƏR

İRANDA MATƏMDİR. DİNİ LİDER XAMNEYİ: «HÜCUMLARDA YÜZLƏRLƏ İNSANIN QƏTLƏ YETİRİLMƏSİ İSRAİLİN ƏSL SİMASINI ÜZƏ ÇIXARIB»

2021.10.20, 07:36
İRANDA MATƏMDİR. DİNİ LİDER XAMNEYİ: «HÜCUMLARDA YÜZLƏRLƏ İNSANIN QƏTLƏ YETİRİLMƏSİ İSRAİLİN ƏSL SİMASINI ÜZƏ ÇIXARIB»

Gunaz.tv
İran İslam Respublikasının ali dini lideri Seyid Əli Xamneyi İsrail hökumətinin Qəzza zolağında fələstinlilərə qarşı hərbi əməliyyatlarını pisləyib. İranın Azərbaycandakı səfirliyindən «Media forum»a daxil olan məlumatda bildirilir ki, bəyanatda İsrailin Fələstinə qarşı hərbi kampaniyası lənətlənir: «Hücumlarda yüzlərlə insanın qətlə yetirilməsi İsrailin əsl simasını üzə çıxarıb. Bu tükürpədici hadisənin müsibəti dünyanın istənilən nöqtəsindəki hər bir vicdanlı və şərəfli insan üçün çox təsiredici və sarsıdıcı olub. Bundan daha böyük müsibət isə bəzi ərəb ölkələri və müsəlmanlıq iddiasında olanların susmasıdır». Bəyanatda vurğulanır ki, hakimiyyətinin son günlərini yaşayan Buş administrasiyasının da bu cinayətdə əli var. Avropa ölkələrini faciəyə etinasızlıqda suçlayan Ə.Xamneyi bildirir ki, bununla onlar islam və müsəlmanlarla ziddiyyət cəbhəsində olduqlarını göstəriblər: «Bütün fələstinli mücahidlər və islam dünyasının möminləri mümkün olan hər bir yolla Qəzza əhalisini müdafiəyə qalxmalıdır». İslam Konfransı Təşkilatını belə bir həssas durumda öz tarixi vəzifəsini həyata keçirərək aktivlik nümayiş etdirməyə çağıran Ə.Xamneyi İsrailin müsəlman ölkələri vasitəsilə cəzalandırılmalı oldğunu vurğulayıb. Ali dini lider Qəzzada baş verən faciə ilə əlaqədar bu gün İranda matəm günü elan edib. İsrail Qəzza zolağına dekabrın 27-dən aviasiya zərbələri endirməyə başlayıb. İki gün davam edən bombardman nəticəsində 300-dən çox adamın öldüyü, 700-ə qədərinin yaralandığı bildirilir. «Media forum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar