SON XƏBƏRLƏR

TRT-yə görə Hrant Dink Maraş qətliamını planlaşdıranlardan biri olub

2021.10.20, 07:36
TRT-yə görə Hrant Dink Maraş qətliamını planlaşdıranlardan biri olub

Gunaz.tv
Türkiyənin TRT kanalında çərşənbə gecəsi yayınlanan və 12 sentyabra aparan yoldan bəhs edilən “Şahların Labirinti” adlı sənədli filmdə, 1978-ci ildəki Mara. qətliamını planlaşdıranların arasında bir il öncə sui-qəsd nəticəsində öldürülən jurnalist Hrant Dinkin adı da yer aldı. “Qaynar.info”-nun, Türkiyənin “Taraf” qəzetinin bu günkü manşetinə istinadən verdiyi xəbərə görə, TRT-də efirə gedən “Şahların Labirinti” adlı sənədli filmdə, 1978-ci ildə 100-dən artıq insanın həyatını dəyişdiyi Maraş olayları ekrana gətirilib. Olaylarla bağlı fotoların və görüntülərin göstərildiyi filmdə, sözü gedən qətliamda bir nömrəli şübhəli hesab olunan BBP-li Ökkeş Şendillər, yaşananların ələvi-sünni qarşıdurması deyil, Hrant Dink və tərəfdarlarının qurduğu sol təşkilatların işi olduğunu iddia edib. Jurnalist Hrant Dinkin böyük ölçülü şəkli fonunda Ökkeş Şendillər bunları söyləyib: “Bu işi Dink və tərəfdarlarının təşkilatları törətdi. Zatən ölənlərin arasında sünni olmayan 6-7 nəfər var idi”. Qeyd edək ki, keçmiş soyadı Kenger olan Ökkeş Şendillər, Maraş olaylarına yol açan bombanı içi idealistlərlə dolu olan kinoteatra atmaqda ittiham edilmişdi. 19-26 dekabr 1978-ci ildə Kahramanmaraşda meydana gələn olaylarda rəsmi rəqəmlərə görə 111 nəfər ölüb. Hadisələr, Türkiyəni 12 sentyabra aparıb çıxaran önəmli döngələrdən biri olaraq göstərilib.qaynar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar