SON XƏBƏRLƏR

Azərbaycan hərbiçiləri NATO təlimlərinə qatılacaqlar

2021.10.20, 07:36
Azərbaycan hərbiçiləri NATO təlimlərinə qatılacaqlar

Gunaz.tv
Azərbaycan hərbiçiləri NATO təlimlərinə qatılacaqlar 20080801134536_1.gif ATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, «Sülh Naminə Tərəfdaşlıq» proqramı çərçivəsində bir sıra tədbirlər keçiriləcək. Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ilk tədbir Azərbaycan ilə ABŞ arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Bakıda keçiriləcək. «Dalğıc sistemlərinin istifadəsi» üzrə kurs avqust ayının 2-20 aralığında baş tutacaq. Növbəti tədbirlərin siyahısı isə belədmir: «Bölüyün baş çavuşunun və taburun baş çavuşunun vəzifə borcları» mövzusunda seminar (11-15 avqust), San-Antonio şəhərində «Piyada zabitinin təməli» kursu (6 avqust-30 mart 2009); Azərbaycan ilə Türkiyə arasında imzalanmış əməkdaşlıq planına uyğun olaraq Ankarada «Qlobal dəniz təhlükələri və təhlükəsizlik sistemi» kursu (4-22 avqust); Litva ilə əməkdaşlıq planına uyğun olaraq Tartu şəhərində «Quru Qoşunları Orta Səviyyəli Komandanlıq və Qərargah» kursu (4 avqust-12 dekabr), eləcədə Qırğızıstan imzalanmış əməkdaşlıq planına uyğun olaraq Bakıda «Sülhməramlı fəaliyyətlər sahəsində təcrübə mübadiləsi üzrə ekspertlərin işçi görüşü» (11-12 avqust). ANS PRESS 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar