ABŞ İranın Amerika hərbi gəmilərinin Hörmüzdən çıxması barədə bəyanatını təkzib edib
CNN: ABŞ İrana genişmiqyaslı hərbi zərbələr endirməyə hazırlaşır
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
Ərdəbilli fəal həbs edilib
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
İraqlı etirazçılar: “İran, itlərini geri çək!” (Video)
İran işğalçı rejiminin Azərbaycan Respublikasında din və hicabı müdafiə etməsi, işğal altındakı Əhvazda isə sünnilərin və vilayəti-fəqihə tabe olmayan şiələrin toplantılarını qadağan etməsi və onları həbs etməsi arasındakı ziddiyyət!!
İranda Güneyli rejissor həbs və əmlakının müsadirəsi cəzasına məhkum edilib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Traxtur “Malavan”a qarşı 3:0 hesabı ilə məğlub elan edildi
Məkkə Sazişi Türkiyə parlamentinin komissiyasında qəbul edilib
Əhməd Xatəmi: Müctəba Xameneinin seçilməsi Allahın işi idi! Onu cəmi bir dəqiqəyə seçdik!
Həmədanda iş qəzası- Daha bir nəfər həlak oldu
Sistan və Bəlucistanda daha bir neçə nəfər həbs edildi
Məqsəd Tehranın nüvə və raket proqramının məhvı olmalıdır- Eisenkot
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
İDDİA: Tehran görüşündən öncə zalda dinləmə cihazı tapılıb
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Yəmən qüvvələri: 24 saat ərzində İranın dəstəklədiyi husilərin 382 üzvü öldürülüb
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Fevralın 28-dən mayın 9-dək 4 mindən çox şəxs həbs edilib, yanvar etirazları ilə bağlı 29 nəfər edam olunub
Azərbaycan Prezidenti: Özümüzü yarana biləcək istənilən çətinlikdən qorumaq üçün lazımi tədbirlər görməliyik
Prezident: Kiminsə bizə nəyisə diktə edə biləcəyi barədə əsassız düşüncələr bundan sonra da qətiyyətli mövqeyimizlə qarşılanacaq
Azərbaycan lideri: Dövlətçiliyimizi, müstəqilliyimizi və həyat tərzimizi qorumaq üçün qətiyyətli olmalıyıq
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Qərbi Azərbaycanda bu qədər mədən ehtyatı var- Rəsmi
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Pezeşkian Moskvadadır
KİV: Yəməndə SEPAH-ın Qüds Qüvvələri komandiri öldürülüb
Reuters: Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır, İrandan on milyonlarla dollar alıb
“Məkkə Sazişi” ölkələrinin yüksək səviyyəli rəsmiləri İranda səfərdədir
Səudiyyə Ərəbistanı təyyarəsi Tehran hava limanına eniş edib
Müharibə repressiyaları gücləndirib- Mai Sato
Şəbistərdə silahlı insident- Ölən var
SEPAH İraqın şimalında kürd bazalarını vurdu
Ərəb koalisiyası Husilərin raket anbarlarını məhv etdi
Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
Azərbaycan sülh sazişi məsələsində son nöqtəni qoymağa hər zaman hazırdır
Azərbaycan QHT-ləri Pezeşkiana müraciət etdi
Azərbaycanla Özbəkistan arasında iki saziş təsdiqlənib
İranın birinci vitse-prezidenti azərbaycanlı qızlarla bağlı fərman verdi
Rusiyanın Xarici İşlər Nazirliyi MDB Agentliyi yaratmaq niyyətindədir. Yeni qurum beynəlxalq humanitar əməkdaşlıq və postsovet məkanında yaşayan ruslarla əlaqələr sahəsində fəaliyyət göstərməlidir. ABŞ-ın USAİD təşkilatının analoqu kimi təqdim edilən və sentyabrda işə başlayacaq qurum MDB ölkələrində Rusiyanın təsir imkanlarını artırılmasına yönəlib. "Rusiyanın yaxın xaric ölkələri ilə sərt dildə danışdığı dövrlər artıq arxada qalıb. İndi MDB ölkələrində təsir imkanlarımızı dinc yollarla artırmaq üçün bütün resurs və imkanlara sahibik", - Kremldəki mənbələr bildiriblər. Rusiya XİN-nin MDB ölkələri üzrə Birinci Departamentinin direktoru Vyaçeslav Şumskinin dediyinə görə, MDB, xaricdə yaşayan həmvətənlər və beynəlxalq humanitar əməkdaşlıq üzrə federal agentliyinin yaradılması ilə bağlı sənədlər işçi səciyyə daşıyır: "Onlar təkliflər formasındadır və indi müzakirə olunur. Ymid edirik ki, sənəd müvafiq bürokratik prosedurları avqust ayına qədər keçəcək və MDB işləri üzrə Agentliyin yaradılması barədə hökumət fərmanı veriləcək". Rusiyalı diplomatların dediklərinə görə, qurumun yaradılması əslində prezident Dmitri Medvedyevin "Federal icra hakimiyyəti orqanlarının sistem və struktur məsələləri haqqında" mayın 12-i tarixli fərmanında nəzərdə tutulmuşdu. Sənəddə Müstəqil Dövlətlər Birliyi ilə bağlı XİN çərçivəsində federal agentliyinin yaradılmasının əhəmiyyəti vurğulanırdı. Eyni zamanda yeni agentliyin fəaliyyətinə nəzarətin birbaşa dövlət başçısı tərəfindən həyata keçiriləcəyi də deyilir. "USAİD-in Kreml analoqu"nun struktur və funksiyaları hazırlanan hökumət fərmanında bütün təfərrüatı ilə göstəriləcək. Bununla yanaşı yeni agentliyin yaradılması hazırda fəaliyyət göstərən bir sıra dövlət strukturlarının birləşməsi və ya "udulması"nı nəzərdə tutur. Rusiya XİN-ni nəzdindəki xarici ölkələrlə əlaqə mərkəzi ("Roszarubejsentr")in həmin agentliyə daxil ediləcəyi bildirilir. Bunu qurumun rəhbəri Eleonora Mitrofanova "Kommersant"a verdiyi açıqlamasında da təsdiqləyib. Lakin yeni agentlik maliyyələşdirmə baxımından XİN-dən asılı olmayacaq. "MDB Agentliyinin maliyyələşdirilməsi dövlət büdcəsində ayrıca xərc bəndi kimi göstəriləcək. Onun fəaliyyətinə ayrılacaq vəsaitin həcmini isə Maliyyə Nazirliyi hələ müəyyənləşdirməlidir. Agentliyin qarşısındakı məqsədlərə gəldikdə isə, indiyədək imkanlarımız olmadığından MDB-dəki siyasətimizlə bağlı praktiki layihələri gerçəkləşdirə bilmirdik. MDB ölkələrində maraqlarımızı tam təmin etməyə, təmir imkanlarımızı artırmağa, Birlik dövlətlərinə yardım göstərməyə çalışacağıq, - Rusiya XİN-nin mətbuat xidmətinin əməkdaşları bildirdilər. - Eyni zamanda, MDB dövlətlərində rusdillilər üçün təhsil, humanitar və mədəniyyət sahəsində proqramlarını, habelə bizə dost olan qeyri-hökumət təşkilatlarını maliyyələşdirəcəyik". XİN mənsublarının söylədiklərinə görə, yeni agentlik Rusiyadakı daxili situsiyadan asılı olmayaraq fəaliyyət göstərəcək. "MDB-nin bu və digər ölkəsi ilə münasibətlərimizin vəziyyətindən asılı olmayaraq agentlik öz işini görəcək. O tələbələrə təqaüdlər ayıracaq, kitabxanaları rus dilində ədəbiyyatla təmin edəcək, qeyri-hökumıət təşkilatlarına maliyyə yardımları verəcək, Rusiyanın dostlarına hər cür kömək göstərəcək. Rusiyanın siyasətçiləri isə qonşularla istədikləri qədər "savaşa" bilərlər", - Rusiya XİN-nin MDB Ölkələri Departamentinin əməkdaşı Qriqori Yepifantsev "Ekspress" əməkdaşına bildirdi. Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitənin sədr müavini Konstantin Zatulin isə hesab edir ki, Kreml bu agentlik vasitəsilə Birlik ölkələrindəki Rusiyaya meylli qeyri-kommersiya təşkilatlarına ciddi dəstək verəcək. Kremlin yaratmağa başladığı MDB Agentliyi ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) fəaliyyət strukturu və sferasını xatırladır. Dünyanın 100 ölkəsində, o cümlədən MDB-nin bütün dövlətlərində bölmə və strukturları olan USAİD çoxdan bəri Vaşinqtonun siyasi təsir alətinə dönüb. Muxtar təşkilat olan USAİD ABŞ Dövlət Departamenti ilə sıx əməkdaşlıqdadır və bilavasitə dövlət katibinə tabedir. Kreml də gizlətmir ki, yeni strukturu yaratmaqla öz maraqlarını təmin etmək və təsir imkanlarını artırmaq istiqamətində ABŞ-ın təcrübəsindən yararlanmaq, habelə MDB məkanında ABŞ-la rəqabəti gücləndirmək niyyətindədir. Rusiyanın yaratmağa başladığı MDB Agentliyinə kimin rəhbərlik edəcəyi isə hələ bəlli olmasa da, artıq potensial namizədlər nəzərdən keçirilir. Onların arasında Rusiyanın BMT və digər beynəlxalq təşkilatların Cenevrədəki nümayəndəliklərindəki təmsilçisi Valeriya Loşinina ilə Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri Konstantin Kosaçov ən potensial namizədlər sayılır. Müşahidəçilər isə Rusiyanın Xarici İşlər Nazirliyinin MDB Agentliyi ilə bağlı fəallaşmasını Kremlin postsovet məkanındakı təsir, ən başlıcası isə təzyiq imkanlarının sürətlə və geniş miqyasda gücləndiriləsinə yönəlmiş cəhd kimi dəyərləndirirlər. Moskva postsovet məkanında yürütdüyü siyasəti bir qədər "humanitarlaşdırmaq" istədiyini deyir. Əslində Kreml maskasını dəyişir və bu dəyişiklik yaxşı heç nə vəd etmir. Rusiyalı diplomatların MDB ölkələrində "Rusiyanın dostları" adlandırdıqları qeyri-hökumət və qeyri-hökumət qurumları, şəxslər və cəmiyyətlərə yetərincə maliyyə yardımı ayırmaqla Moskva həmin ölkələrdəki "beşinci sütun"u gücləndirmək, təsir rıçaqlarını ciddiləşdirmək niyyətindədir. Bəhs olunan prosesin Azərbaycanda hansı məcrada inkişaf edəcəyini təxminləmək çətin deyil. MDB Agentliyi yaranandan sonra Azərbaycanda özlərini "Rusiyanın dostları" kimi qələmə verən təşkilatların sayının artımı labüddürsə, Moskvanın ölkənin daxili işlərinə qarışmaq və hadisələrin məcrasına birbaşa təsir imkanlarına yiyələnmək cəhdləri daha da intensivləşəcəyi istisna edilmir. Həsən AĞACAN express
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
İranda bir ayda 79 məhbus edam edilib
Əhvaz ərəblərinin təşkilatı Azərbaycana dəstək bəyanatı yaydı
Pezeşkian Moskvaya gedir
Həmədanda iş qəzaları- 327 nəfər...
İran aviasiyası iflic olub- Səbəb
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
İraq da İranla sərhəddi bağladı
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
İranda dollar yenidən bahalaşmağa başladı
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
TƏCİLİ | İranın cənubunda bir neçə partlayışın baş verdiyi bildirilir
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
Iranda daha altı məhbus edam edilib
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər