SON XƏBƏRLƏR

DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLLİNİN UZANMASI ERMƏNİSTANIN XEYRİNƏ DEYİL

2021.10.20, 07:36
DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLLİNİN UZANMASI ERMƏNİSTANIN XEYRİNƏ DEYİL

Gunaz.tv
AzərTAc xəbər verir ki, iyulun 31-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi elçisi Peter Semnebi ilə görüşmüşdür. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin inkişafından məmnunluq ifadə olunmuş, bütün sahələrdə əməkdaşlıq üzrə dialoqun davam etdirilməsinin vacibliyi vurğulanmışdır. Xəzər dənizindən enerjidaşıyıcılarının Avropa bazarlarına çıxarılması üzrə tərəfdaşlığın gücləndirilməsinin əhəmiyyəti qeyd olunmuş, Azərbaycan ilə Avropa İttifaqı arasında ədliyyə, azadlıq və təhlükəsizlik alt komitəsinin yaradılması perspektivləri müzakirə edilmişdir. Ermənistanlı həmkarı ilə avqustun 1-də keçirəcəyi görüşünə toxunan E. Məmmədyarov, Ermənistanın yeni hökumətinin Dağlıq Qarabağ münaqişəsinin həllində konstruktiv mövqe nümayiş etdirməsinin onların xeyrinə olacağını, Azərbaycanın getdikcə güclənən mövqeyi müqabilində vaxt itkisinin digər tərəfə zərbə vuracağını diqqətə çatdırmışdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar