SON XƏBƏRLƏR

Alimlər qədim yunan teatrının sirrini açıblar

2021.10.20, 07:36
Alimlər qədim yunan teatrının sirrini açıblar

Gunaz.tv
Alimlər qədim yunan teatrının sirrini açıblar article_1217497907.gif Axırıncı sıralarda əyləşənlər aktyorların hətta pıçıltısını da ön sıralarda oturanlar kimi eşidirlər QayNar: ABŞ-ın Corciya ştatındakı Texnologiya İnstitutunun Epidavr şəhərinin qədim yunan teatrında qazıntılarla məşğul olan tarixçiləri və arxeoloqları teatrın təkrarolunmaz akustik effektinin sirrini açmağa yaxındırlar. "Qaynar.info"-nun AzərTAc-a istinadən verdiyi xəbərə görə, sistemin nadirliyi ondadır ki, axırıncı sıralarda əyləşən tamaşaçılar aktyorların hətta pıçıltısını belə səhnənin düz qabağında əyləşən insanlar kimi yaxşı eşidirlər. Alimlər müxtəlif mənbələri müqayisə edərək belə nəticəyə gəlmişlər ki, bu effekti tamaşaçılar üçün əhəngdaşından hazırlanmış “kürsülər” və onların sıralarının düzülüşü yaradır. Oturacaqlar bir növ süzgəc rolunu oynayır. Aşağıtezlikli akustik titrəyişləri “kəsir” və tamaşa salonunun fon küyünü batırır, “kürsülərin” sıraları isə yüksəktezlikli akustik titrəyişləri əks etdirir və onları auditoriyaya tərəf yönəldərək effekti gücləndirir. Qədim yunan teatrı özünün çiçəklənmə dövründə olduğu kimi, bugünkü meyarlar baxımından da kifayət qədər heyrətamiz bir tikilidir. Teatr kürsülərində on dörd min tamaşaçı yerləşə bilirdi. Teatrın binası eramızdan əvvəl 350-ci ildə tikilmişdir. // T.İsmayılov, QayNar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar