SON XƏBƏRLƏR

İSRAİLİN BAŞ NAZİRİ VƏZİFƏSİNDƏN İSTEFA VERƏCƏYİNİ BİLDİRİB

2021.10.20, 07:36
İSRAİLİN BAŞ NAZİRİ VƏZİFƏSİNDƏN İSTEFA VERƏCƏYİNİ BİLDİRİB

Gunaz.tv
İSRAİLİN BAŞ NAZİRİ VƏZİFƏSİNDƏN İSTEFA VERƏCƏYİNİ BİLDİRİB ehud_olmert.jpg İsrailin baş naziri Ehud Olmert rəhbəri olduğu Kadima partiyasına sentyabrın 17-də keçiriləcək partiyadaxili yeni sədr seçkilərindən sonra vəzifədən gedəcəyini açıqlayıb. Partiya rəhbərliyinə keçiriləcək yeni seçkilərdə iştirak etməyəcəyini deyən Ehud Olmert məhkəmənin vəzifəsini yerinə yetirməyə mane olduğunu bildirib. Bu səbəblə də istefa vermək niyyətində olduğunu açıqlayan İsrailin baş naziri, artıq bu cür şəraitdə işləyə bilmədiyini diqqətə çatdırıb. Ehud Olmert İsrailin təhlükəsizlik və iqtisadi uğurlar əldə etdiyini qeyd edərək Fələstin və Suriya ilə aparılan sülh danışıqlarının bağlanmasına rəsmi Təl-Əvivin heç vaxt bu qədər yaxın olmadığını bildirib . Baş nazir tez bir zamanda İsraillə və Suriya rəhbərlərinin iştirakı ilə birbaşa danışıqlarının baş tutacağından əmin olduğunu deyib. Lakin sülh danışıqları üçün rəsmi Dəməşqin «Həmas» təşkilatı ilə əlaqələrə son qoymasını istəyən İsrailin hökumət başçısı bildirib ki, Suriya prezidenti Bəşər Əsəd «Həmas»ın rəsmi nümayəndəsi Maşaəlemlə görüşərək, əlaqəlaləri gücləndirmək niyyəti tərəflər arasında inamın azalmasına gətirib çıxarır. Siyasi müşahidəçilər isə Ehud Olmertin vəzifəsindən getməsini İsrailin Suriya və Fələstinlə sülh danışıqlarının iflasa uğrayacağı qənaətindədirlər. Barəsində səsələnən korrupsiya və maliyyə fırıldaqları ilə bağlı fikirlərə münasibətini açıqlayan Ehud Olmert bunu siyasi karyerasına ləkə vurulması kimi qiymətləndirib. Qeyd edək ki, İsrailin yeni baş naziri kimi ölkənin Xarici İşlər naziri Sipi Livninin adı çəkilir. Həmçinin İsrailin Nəqliyyat naziri Şaul Mofaz, Müdafiə naziri Ehud Barak və baş nazirin müavini Xaim Ramon da bu posta namizədlər sırasındadır. /İctimai TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar