SON XƏBƏRLƏR

GÜRCÜSTAN YUXARI KODORİDƏN ÇIXMAYACAĞINI BİLDİRİR

2021.10.20, 07:36
GÜRCÜSTAN YUXARI KODORİDƏN ÇIXMAYACAĞINI BİLDİRİR

Gunaz.tv
GÜRCÜSTAN YUXARI KODORİDƏN ÇIXMAYACAĞINI BİLDİRİR gurcu_bayragi-1.jpg Gürcüstan Yuxarı Kodoridən hərbi hissələrini çıxarmaq barədə tələbə öz etirazını bildirir. Tbilisi Gürcüstanın nəzarətində olan yeganə Abxaziya ərazisində onun hərbi hissələrinin yerləşdirilmədiyini deyir. Moskva Rusiyanın BMT-dəki daimi nümayəndəsinin dililə Gürcüstanın bölgədə əmin-amanlığa təhlükə yaradan hərbi hissələrini çıxarmasını və güc tətbiq etməmək barədə cazişi imzalamağı tələb edir. Tbilisi Yuxarı Kodoridə yerləşdirdiyi polis dəstələrini yerli gürcü əhalisinin təhlükəsizliyinin təminatı sayır.Abxaziya isə əksinə,Tbilisinin kvotanı aşdığını deyir və Gürcüstanın Abxaziyada nəzarət etdiyi yeganə ərazidən hərbçilərini çıxarmasını tələb edir. Rusiya tərəfi hesab edir ki, münaqişənin tənzimlənməsi yolunda ilk addım kimi münaqişə zonasında güc tətbiq etməmək barədə sazişin imzalanması və Kodori dərəsinin yuxarı hissəsindən Gürcüstanın hərbi birləşmələrinin çıxarılması olmalıdır. Bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin Təhlükəsizlik Şurasının qapalı iclasından sonra bəyan edib. Əslində tərəflər arasında bəyanatlar mübadiləsi ünsiyyətin yeganə vasitəsinə şevrilib. Bütün bunlar danışıqlar prosesinin dalan vəziyyəti fonunda baş verir. İndiyədək beynəlxalq vasitəçilərin tərəfləri danışıqlar masası arxasında əyləşdirmək səyi uğur gətirməyib.Abxaziya bir az əvvəl tənzimlənmə üzrə Almaniyanın planını rədd etdi və öz statusunu müzakirə etməyəcəyini bildirdi. Bu arada artıq iki ildir ki, danışıqlar getmir. Prosesi ölü nöqtədən tərpətməyə səy göstərən diplomatlar fasilənin həddindən artıq uzandığını və təhlükəli həddə çatdığını deyirlər. versiya

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar