SON XƏBƏRLƏR

Atatürkdən qorxdu... _Anıtqəbri ziyarət etmək istəməyən Əhmədinecat Türkiyəyə səfərinin formatını dəyişdirdi

2021.10.20, 07:36
Atatürkdən qorxdu... _Anıtqəbri ziyarət etmək istəməyən Əhmədinecat Türkiyəyə səfərinin formatını dəyişdirdi

Gunaz.tv
Atatürkdən qorxdu... Anıtqəbri ziyarət etmək istəməyən Əhmədinecat Türkiyəyə səfərinin formatını dəyişdirdi İran prezidenti Mahmud Əhmədinecat avqust ayında Türkiyəyə səfər edəcək. Türkiyə prezidenti Abdulla Gülün dəvəti ilə həyata keçiriləcək səfərin dəqiq tarixi qarşılıqlı razılıq əsasında müəyyənləşdiriləcək. Türkiyənin "Star" televiziyası isə Əhmədinecatın Anıtqəbri -Atatürkün Ankaradakı mavzoleyini ziyarət etmək istəmədiyi barədə xəbər yayıb. Telekanal bu səbəblə İran tərəfinin istəyi ilə səfərin rəsmi deyil, işgüzar xarakterli olacağını və İran prezidentinin İstanbula gələcəyini bildirib (APA). Qeyd edək ki, Türkiyənin sabiq prezidenti Əhməd Nejdət Sezər İrana rəsmi səfər etsə də, səlahiyyət müddətinin sonuna qədər bu ölkə prezidentinə rəsmi dəvət göndərməyib. express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar