SON XƏBƏRLƏR

Nadir şah sünni-şiə ədavətini çözmək istəyirdi.MÜSAHİBƏ

2021.10.20, 07:36
Nadir şah sünni-şiə ədavətini çözmək istəyirdi.MÜSAHİBƏ

Gunaz.tv
"Nadir şah sünni-şiə ədavətini çözmək istəyirdi" Kərəm Məmmədli: "İtaliyada onu "Azərbaycan türkü" deyə tanıdıqları halda, özümüzdə, qardaş Türkiyədə onu "İran hökmdarı" kimi qələmə verirlər" Azərbaycan tarixşünaslığı hələ də elmi ideologiyaya uyğunlaşdırılan sovet tarixşünaslığının təsirindən çıxa bilmir. Hələ də Azərbaycanın tarixi şəxsiyyətlərini zaman-zaman vurulmuş damğalardan təmizləyə, onların şəxsiyyətini və fəaliyyətini olduğu kimi çatdıra, təqdim edə bilmirik. Sacoğlu (Sacilər), Qaraqoyunlu, Ağqoyunlu Azərbaycan türk dövlətləri dura-dura hələ də ilk mərkəzləşmiş milli dövlətimiz olaraq Səfəvilər götürülür. Hələ də Şah Abbas "türkdilli Azərbaycan Səfəvi dövlətinə son qoyan", Nadir şah başkəsən, gözçıxaran, Qacar isə "işğalçı" kimi qələmə verilir. Nə yazıq ki, tarix dərsliklərimizdə Şah Abbas, Nadir şah, Ağa Məhəmməd şah Qacar bu gün də "İran şahı", onların qurduğu türk-Azərbaycan dövlətləri isə "İran dövləti" kimi təqdim olunur. Bu xətaları düzəltməyin zamanı deyilmiğ Müsahimiz Bakı Dövlət Universitetinin dosenti, tarix elmləri namizədi Kərəm Məmmədlidir. - İran dediyimiz söz coğrafi məfhumdur. İran sözü siyasi məfhum xarakterini yalnız 1925-ci ildən sonra daşımağa başlayıb. Ona qədər İran sözü yalnız coğrafi mahiyyət daşıyırdı. İran dediyimiz hazırkı dövlətin varisinin kim olması məsələsi var. Düzdür, Pəhləvilər dövründə özlərini Sasanilərin varisi elan etdilər. Onda belə sual yaranır ki, Sasanilərdən Pəhləvilərə qədər olan böyük bir dövrdə İran adlanan ölkəni kimlər idarə edib. Söhbət türk xanədanlarından gedir. Əgər bu dövləti türk xanədanları idarə edibsə və türk xalqlarının özünün də çox zəngin dövlətçilik tarixi varsa, onda o dediyimiz tarixin İran adlanan dövlətə nə dəxli varğ Türk xanədanı Sacoğlu Yusifdən başlanır, ta Qacarlara qədər davam edir. Yeri gəlmişkən, məncə, o dövlətə Sacoğlanları yox, Azərbaycan dövləti demək lazımdır. Çünki dövlət Azərbaycan ərazisində yaranmışdı, sadəcə, həmin dövləti ayrı-ayrı sülalələr idarə edirdi. Sülalənin adı ilə dövləti adlandırmaq doğru deyil. Onda gərək bu günkü Fransaya Kapitiklər dövləti, Rusiya imperiyasına Romanovlar, İngiltərəyə Tüdorlar dövləti deyək. Bu heç cürə düz deyil və məntiqə uyğun deyil. - Təəssüf ki, Türkiyə tarixşünaslığında tarixi həqiqətlərlə bağlı xətalar hələ də qalmaqdadır. Onlardan əsası Altay nəzəriyyəsidir. Onlar hələ də türklərin Anadoluya, Azərbaycana gəlişini XI əsrdən götürürlər. Bu xətanın aradan qaldırılması üçün nə etmək lazımdır? - Türkiyə tarixindəki bu xətaları mən məmnuniyyətlə qələt adlandırardım. Bu qələtin mahiyyəti nədən ibarətdir. İndiyə qədər mövcud olan Türkiyə tarixşünaslığında 1927-ci ildən II Dünya müharibəsinə qədərki dövrdə Altay nəzəriyyəsi ümumiyyətlə, rədd edilirdi. Və deyilirdi ki, Türkiyə ərazisində prototürklər yaşayıb. Sədi Bayram adlı bir dostumuz var, gözəl də əsəri var. O deyirdi ki, Güney Doğu Anadoluda prototürk izləri var. İndiki Türkiyənin Malatyadan o tərəfdəki hissəsinin türkləşməsi o dövrdə baş verib. Lakin buna da XI əsr demək mümkün deyil. Çünki erkən orta əsrlərdə İstanbulda xəzərlərin, suvar və bulqarların böyük məhəllələri var. Yəni türklər o ərazidə Osmanlı ağalığından xeyli əvvəl yaşayırdılar. Türkiyə tarixşünaslığının birinci o qüsurlu cəhəti bundan ibarətdir. İkinci qüsur Azərbaycan türklərinin tarixini tanımamaq, qısqanclıqla yanaşmaqdır. Biri var yazılı, biri də var, antropoloji mənbələr. Antropoloji mənbələr tam əksini sübut edir, məlum olur ki, bu günki Azərbaycan Respublikasının, Gürcüstan Respublikasının cənub və cənub-şərq hissəsində, qondarma Ermənistan Respublikası deyilən ərazidə, İran adlanan ölkənin şimalında, İraqın Kərkük bölgəsində, eləcə də Suriya Respublikasının şimal-şərq hissəsində oğuz irqi deyilən irq geniş yayılmışdı. Bu günkü Azərbaycan türklərinin mənsub olduğu iqi tip. Bu irqi tip eyni zamanda Qars, Sarıqamış, Ərzincan və Vanı da əhatə edir. Ola bilsin ki, Türkiyə dövləti özünü heç Osmanlının da varisi hesab etmir, Rum Səlcuq Sultanlığının varisi hesab edir. Onda belə çıxır ki, Rum Səlcuq Sultanlığının varisləri bu günki Türkiyədirsə, Böyük Səlcuq İmperatorluğunun varisləri Azərbaycan türkləridir. Eyni zamanda ilk müsəlman türk dövləti olaraq Türkiyə tarixşünaslığında yanlış olaraq Qaraxanlılar dövləti Mərkəzi Asiyaya aparılıb çıxarılır. Halbuki Qaraxanlılardan yüz il əvvəl indiki Azərbaycan ərazisində Sacoğlular tərəfindən qurulan ilk müsəlman türk dövləti olan Azərbaycan var idi. Hətta Səfəvilər belə çox vaxt Türkiyə tarixşünaslığında İran dövləti olaraq keçir. Bu da həmin qısqancılığın nəticəsidir. Osmanlı sarayında dövlət dili türk dili olduğu halda Səfəvi sarayında fars dilində danışan adama həqarətlə baxırdılar. "Nadir şah şiəliyi sünniliyin beşinci qolu kimi tanıtmaq istəyirdi" - Azərbaycan Avşar dövlətinin banisi, böyük sərkərdə Nadir şaha münasibət də birmənalı deyil. Hətta öz tarixşünaslığımızda belə Nadir İran şahı kimi təqdim edilir. Nadir şah və Ağa Məhəmməd şah Qacar Rusiyanın Xəzər sahillərinə çıxışını əngəllədiyinə görə, sovet tarixşünaslığında daim lənətlənib. Azərbaycan tarixşünaslığında hələ də davam edən bu tendensiyanı dayandırmağın zamanı çatmayıbmı? - Bizim tarix elmimizdə bir daltoniklik xüsusiyyəti var. Filankəs ya hamıdan yaxşı şəxsiyyətdir, ya hamıdan pisdir. İstənilən tarixi şəxsiyyətə onun yaşadığı dövrlə və həmin dövrdə yarana mənbələrlə qiymət vermək lazımdır. Nadir şahın mənşəyindən başlayaq. Nadir şah Avşarların Qırxlar boyundandır. Və Qırxlar boyu bizim tarix ədəbiyyatımızda, folklorumuzda, mənəvi mədəniyyətmizdə var. İndini özündə Dərbəndə ziyarət yeri olan Qırxlar qəbiristanlığı var. Qırxlar hətta Türkiyə türklərinin folklorunda da mövcuddur. Bu onun mənşəyi və şəxsiyyəti ilə bağlı arayış. Keçək Nadir şahın fəalliyyətinə. Nadir şaha öz dövründə desəydin, sənin qurduğun İran dövlətidir, sənə gülərdi. Nadir şah olana qədərki fəalliyyətinə nəzər salaq. Nadirə qədər Azərbaycan torpaqları Rusiya, əfqanlar və Osmanlılar arasında bölünmüşdü. Nadir Azərbaycan türkünün hesabına bu torpaqları azad etdi və yenidən böük Azərbaycan qurdu. Nadirin ünvanına söylənən ən gülünc ittiham odur ki, Nadir rəiyyəti də orduya çağırdı. Gəlin baxaq, hansı zülmkar hökmdar rəiyyətin əlinə silah verərğ Rəiyyətin əlinə silah verdisə və hökmdar zülmkardırsa, istər-istəməz o silah həmin hökmdara qarşı çevriləcək. İtaliya tarixçiləri Nadirin haqqında danışanda deyirlər: "Azəri Napoleon". Yəni İtaliyada Nadir Azərbaycan türkü deyə tanıdıqları halda, Azərbaycanın özündə, qardaş Türkiyə tarixşünaslığında onu "İran hökmdarı" deyə qələmə verirlər. Bircə faktı demək kiafayətdir ki, Nadirin necə böyük birləşdirici bir şəxs olduğu, türk dünyasının birliyinə çalışdığı ortaya çıxsın. Nadir sünni-şiə ədavətini çözmək, parçalanmaya son qoymaq niyyətində idi. Nadir böyük bir qurultay çağırdı, orada həm şah seçildi, həm də bu məsələni müzakirə çıxardı. Dini məzhəblər arasında ayrı-seçkiliyə son qoymaq məsələsini gündəliyə çıxardı. Qəbul olunurdu ki, cəfərilik sünniliyin beşinci qolu kimi qəbul edilsin və bununla da bu ayrı-seçkiliyə son qoyulsun. Amma Nadirin göndərdiyi nümaynədələr Osmanlı sarayında güdüş obyektinə çevirdilər ki, bu türkcə danışır, bu türklər haradan gəlib. Bu baxımdan Nadir şah daha çox türkdür, yoxsa o zaman türk dilini ələ salan Osmanlı sultanı? "Qızılbaşlıq şiəlik deyil" - Hazırda bütün türk dünyası İslamın sünni-hənəfi təriqətinə mənsub olduğu halda təkcə Azərbaycan türkləri əksərən şiə-cəfəridir. Sizcə, bu, türk dünyasının birliyinə nə dərəcədə mənfi təsir göstərən amildir? - Şiəliklə qızılbaşlığı bir-birində fərqləndirmək lazımdır. Bu məfhumlar bir-birinə ziddir. Həzrət Əliyə olan sevgi hələ şiəlik demək deyil. Hətta sünni təriqətinə mənsub Nizamidə, sufilərdə bir Həzrət Əli sevgisi var. Həzrət Əli sevgisinin olması həmin adamın şiə olması demək deyil, qızılbaş olması deməkdir. Qızılbaşlıq şiəlik deyil. Doğrudur, sonrakı məqamlarda insanların Əli sevgisindən istifadə edən İran şovinizmi belə bir doktrina qurdular ki, şiəlik İranın milli dininə çevrildi. Türkün milli islamı, milli dini Qızılbaşlıq idi. Bu baxımdan Qızılbaşlıqla şiəliyi bir-birinə qarışdırmaq lazım deyil. Səfəviliyin kökündə hürufilik, hürufiliyin kökündə sufilik, sufiliyin kökündə də xürrəmilik dayanır. İstər-istəməz bu tarix yeni baxış tələb edir. Qızılbaşlıq ideologiyasının özü haradan süzülüb gəldiğ Bu Azərbaycan türkünün təfəkkür tərzinin süzülmüş bir formasıdır. Sadəcə, zaman-zaman müxtəlif adlar daşıyıb. Türkiyədə bir kitab çıxmışdı, orada yazılırdı ki, Həzrəti Əli türkün savaş Tanrısının adı ilə bağlıdır. Həzrət Əliyə "şahi-mərdan" deyirdilər. Bu, bizim başa düşdüyümüz ictimai quruluş formasında şahlıq deyil. Bu mənəviyyat şahlığıdır. - Şiə-cəfərilik bu gün Güney Azərbaycan türklərinin fars xomeyniçiliyinin təsirindən qurtarmağa, İrandan qopmağa nə dərəcədə mane olur? - Güney Azərbaycanda adına şiəlik deyilən həmin dini inanc kompleksinin özü qızılbaşlıqdır. Sadəcə, qızılbaşlığı dirçəltməklə farsı türkdən ayrı bir ideologiya daşıyıcısı olması üzə çıxacaq. Qızılbaşlıq termini Azərbaycan türkünə aiddir. O şiə-cəfərilik ola bilsin, farsın dini inanc sistemidir. - Albanlarla bağlı son araşdırmalarınız varmığ Ümumiyyətlə, albanşünaslıqda nə yeniliklər var? - Alban termini çaşdırıcıdır. Bu terminin müxtəlif izahı var. Süleyman Əliyarov vaxtilə izah etmişdi. Kitabi Dədə Qorqudda iki yerdə alban adı çəkilir. Birində deyilir ki, "ağ-boz at çapan albanlar" gördüm. Başqa bir yerdə deyilir ki, "albanlarbaşı Qazan xan". Başqa bir versiyaya görə, bu dağlıq yer deməkdir. Böyük Britaniya ərazisində Aran və Alban adları var. Bu o deməkdirmi ki, albanlar ora ilə bağlıdır. Çin heroqlifində Alban yazısı "Aziyabajen", yəni Azərbaycan oxunur. Çinlə də bizim çox qədimlərdən əlaqələrmiz olub. Sadəcə, sonralar, islam Azərbaycana gəldikdən sonra Alban mədəniyyətinə ermənilər sahib çıxdı. Elman Cəfərli olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar