SON XƏBƏRLƏR

GünazTV February.12.2020: Jhon Lerner. Hudson institutunun rəsmisi...

2021.10.20, 07:36
GünazTV February.12.2020: Jhon Lerner. Hudson institutunun rəsmisi...

Gunaz.tv

Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trumpın ,Orta Doğudakı  sülh planı  bu həftə  Vaşinqtondakı  inisitutlarda geniş  müzakirəyə  cıxarıldı.Hudson institunda toplananlar düşünür ki, bu regionda sülhə  nail olmaq üçün əlbətdə  bir yol tapılmalıdır. Beyin mərkəzində cıxış edənlər Trump hakimiyyətinin palnını dəstəkləyən çağırışlar  etdilər.

 

Jhon Lerner. Hudson institutunun rəsmisi.

“Siz bilirsiz ki, fələstinlilər üçün sümükdə hələ ət var. Əgər  onlar  mübahisə etmək əvəzinə oturub danışıqlara başlasalar,ola bilər ki, bu planda onların marağına bir neçə şey dəyişə bilər. Mən elə bir mövqeydə deyiləmki onlarla danışıqlar aparım. Amma onlar istəsələr  nələrisə dəyişə bilər.”

 

Eyni saatlarda Birləşmiş Millətlər  Təşkilatında  danışan  Fələstin  prezidenti  Mahmud Abbas  isə Donald Trump hakimiyyətini bu palanı sözdə ortaya atmaqda qınadı. "Bu palan, bölgəyə sülh və azadlıq  gətirməyəcək"  deyərək,   İsrail və  Amerikanın  təklifini  qəbul etməyəcəklərini  söylədi. Abbas, bu planın beynəlxalq  hüqüda yeri olmadığını  və İsrailin Fələstin torpaqlarını işğalına şərait yaradıldığını dedi.Hansı ölkə  belə bir  təklifi qəbul edər, deyə  nitqi ilə  üsyan etdi.  "Ölkələri üçün savaşan 300 İsrailli rəsmi, indi ədalət  üçün bu planı rədd edir. Amerika Konqresindən gələn məktubda  107 , senatdan aldğım digər  məktubda isə  12 nəfər plana qarşı çıxır.Onlar  arasında prezidentliyə namizəd olanlar da var.İsrail və Fələstin barışa  bilər və  mən bu yolu tapmaq üçün burdayam. Truampın planında isə  işgal altındakı Qüds İsrailə hədiyyə olaraq verililir, Mahmud Abbas belə dedi. Qüds bölünməmiş bir şəkildə İsrailin paytaxtı olmayacaq.Qərbi Qüdsün İsrailə, Doğu Qudüsün isə Fələstinə  aid olduğunu vurguladı.  Abbas, ölkəsinin beynəlxalq hüququn qərarlarına bağlı olduğuna işarə edərək,fələstinlilərin  şiddət və terroru rədd etdiyini dedi."Biz hər fürsəti  ciddiyə aldıq, 3 dəfə Moskvaya getdim, amma  Netanyahu  gəlmədi. Bu durumda barışı rədd edın kimdir?" deyə  söylədi.Xatırladaq ki, Amerika Orta Doğu sülh planını İsrail Prezitendi Ag evdə qonaq olarkən açıqlamışdı.Trumpun bu  siyasətini təhlil edənlər isə deyir ki, bu onun seçki öncəsi tərəfdar toplamaq üçün atdığı addımdır.

Qənirə Ataş,Günaz TV, Vaşinqton.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar