SON XƏBƏRLƏR

Qardaş ölkə öz yeni tankını nümayiş etdirdi

2021.10.20, 07:36
Qardaş ölkə öz yeni tankını nümayiş etdirdi

Gunaz.tv

GünAz TV: Türkiyə əsas döyüş tankı olan “Altay”ın prototipini İDEF-2011 beynəlxalq müdafiə sərgisində təqdim edib.

 

GünAz TV mətbuat mərkəzinin Lent.az-a istinadən yaydığı məlumata görə,  “Hyundai Rotem” şirkəti ilə birgə istehsal ediləcək tank 100% yerli detallardan hazırlanacaq. Yeni texnika 2016-cı ildə arsenala (nimazi təczihazt anbarı) qəbul ediləcək

 

Xatırladaq ki, Türkiyənin müdafiə naziri Vecdi Könül 1 həftə əvvəl tankın İDEX-2011 sərgisində təqdim ediləcəyini bildirmişdi.

 

Türkiyənin Müdafiə Sənayesi Katibliyi “Otokar” şirkəti ilə 2007-ci ildə tank hazırlanmasına dair saziş imzalanıb. Tenderdə Cənubi Koreyanın “Hyundai” və Almaniyanın “KMW” şirkəti də iştirak edib. “Hyundai” şirkəti tenderin qalibi olub və “K-2 Black Panther” tanklarının istehsal texnologiyasının da Türkiyəyə verilməsi qərara alınıb. “Altay” gələcəkdə türk ordusunun arsenalındakı alman modeli “Leopard 1A/2A” və amerikan istehsalı “M48” və “M60”ları əvəz edəcək.

 

 60 tonluq “Altay” tankı 120 mm-lik top, 12.7 mm-lik pulemyot və “Aselsan” naviqasiya sistemləri ilə təchiz ediləcək. Maksimal sürəti 70 km/saat olan tankın maya dəyəri 5.5 milyon dollar təşkil edəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar