SON XƏBƏRLƏR

Pakistanda terror: Ən azı 70 ölü və 30-dan çox yaralı var

2021.10.20, 07:36
Pakistanda terror: Ən azı 70 ölü və 30-dan çox yaralı var

Gunaz.tv

GünAz TV: Pakistanın şimal-qərbində baş verən iki partlayış nəticəsində azı 70 nəfər ölüb, 30-dan çox adam yaralanıb.

 

Hadisə Peşavər şəhərindən 30 km aralıda, hərbi polis dəstəsinin hazırlıq mərkəzinin ərazisində baş verib. Ölənlərin çoxu bu mərkəzdə təlim keçən hərbçilərdir. Müdavimlər onları evlərinə daşıyacaq avtobuslara əyləşərkən partlayış olub. İlk partlayış kamikadze (intiharı) tərəfindən törədilib. İkinci bombanın kim tərəfindən partladıldığı hələlik bəlli deyil. Bu barədə APA “Associated Press”ə istinadən xəbər yayıb.

 

Taliban hərəkatının Pakistan bölməsi terrora görə məsuliyyəti öz üzərinə götürüb. Taliblər bildiriblər ki, bu aksiya Üsamə bin Ladenin öldürülməsinə cavab olaraq ilk qisas aktıdır (əməlidir). Onlar Əfqanıstan və Pakistanda yeni və daha iri terror aksiyaları törətməklə hədələyiblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar