SON XƏBƏRLƏR

Azərbaycan uzaqmənzilli raketlər alır

2021.10.20, 07:36
Azərbaycan uzaqmənzilli raketlər alır

Gunaz.tv

GünAz TV: "Bizim əsas diqqət mərkəzində olan prioritet (öncəlik) məsələlərdən biri Azərbaycana uzaqmənzilli raketlərin (durbord muşək) gətirilməsidir".

 

Bu barədə İstanbulda keçirilən İDEF-2011 X beynəlxalq müdafiə sərgisində iştirak edən Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov ANS TV-yə açıqlamasında bildirib.

 

Nazir bununla bağlı Çinin iki şirkəti ilə danışıqlar aparıldığını qeyd edib": Uzaqmənzilli raketlərin Azərbayacana gətirilməsi istiqamətində artıq ilkin danışıqlar aparılıb. Bu danışıqlar yaxın vaxtlarda başa çatacaq. Mən ümidvaram ki, həmin yaylım atəşli və operativ (əməliyyatı) taktiki raketlər Azərbaycana ən qısa müddətdə gətiriləcək".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar