SON XƏBƏRLƏR

Müsəlmanlaşmış Qırğızıstan erməniləri Dağlıq Qarabağa köçmək istəyirlər

2021.10.20, 07:36
Müsəlmanlaşmış Qırğızıstan erməniləri Dağlıq Qarabağa köçmək istəyirlər

Gunaz.tv

GünAz TV: Qırğızıstanda yaşayan Amşen ermənilərinin (müsəlmanlığı qəbul etmiş ermənilər – red.) Azərbaycanın işğal altındakı ərazilərinə köçürülməsi məsələsi gündəmə gəlib.

 

Milli.Az xəbər portalının «Yerkramas»a istinadən verdiyi məlumata görə, bunu Amşen ermənilərinin qırğız icmasının rəhbəri Ruslan Karabacakov bildirib.Hazırda Ermənistanda olan Karabacakov ermənilərin Azərbaycanın işğal altındakı torpaqlarına köçürülməsi proqramının hazırlanması ilə bağlı müzakirələr aparır. Onun sözlərinə görə, söhbət 200 Amşen ermənisi ailəsinin köçürülməsindən gedir.«250 ildən artıqdır ki, Acarıstana, Mərkəzi Asiyaya səpələnmişik. Bizim yerimiz burada – Ermənistandadır. İndi yenidən geri dönmək qərarına gəlmişik», - deyə o, iddia edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar