SON XƏBƏRLƏR

Qəddafi üzə çıxıb

2021.10.20, 07:36
Qəddafi üzə çıxıb

Gunaz.tv

GünAz TV: Liviya (Libi) dövlət televiziyası mayın əvvəlində oğlunun və üç nəvəsinin ölümündən sonra ilk dəfə peyda olan Müəmmər Qəddafinin yerli tayfa liderləri ilə görüşünün videoyazısını nümayiş etdirib.

Görüş paytaxt Tripolidəki (Trablosdakı) otellərdən birində keçirilib.

 

Videogörüntünü yayan Skay Nyus (Sky News) telekanalı isə onun yazılma tarixini dəqiq müəyyənləşdirməyin mümkün olmadığını açıqlayıb. Ancaq kanal onun uzun müddət əvvəl yazıla biləcəyini də istisna etməyib.

 

Qeyd edək ki, NATO qüvvələrinin aprelin 30-da Liviya liderinin qərargahına aviazərbələr (hava zərbələri) endirməsindən sonra Müəmmər Qəddafi barədə heç bir məlumat yox idi (ANS PRESS). Bu isə onun həmin aviazərbələr zamanı öldüyü və ya yaralandığı ilə bağlı ehtimalların yaranmasına əsas vermişdi. Express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar