SON XƏBƏRLƏR

Əhmədinejad Laricaniyə cavab verdi

2021.10.20, 07:36
Əhmədinejad Laricaniyə cavab verdi

Gunaz.tv

GünAz TV: Mayın 11-i Nazirlər Kabinetinin iclasında çıxış edən İran prezidenti Mahmud Əhmədinejad parlamentin sədri Əli Laricaninin bəyanatlarına sərt reaksiya (əksüləməl) verib.

 

 Mayın 8-də Nazirlər Kabinetinin Əhmədinejadın başçılığı ilə keçirilən iclasında nazirliklərin sayının 21-dən 17-yə qədər azaldılması barədə qərar qəbul edilib. İki gün sonra Əli Laricani jurnalistlərə açıqlamasında qərarı qanunsuzluq adlandırıb: “Parlamentin etimad səsini qazanmadan nazirliklərin birləşdirilməsinə dair layihənin icrasına başlamaq tamamilə qanuna ziddir və bu hərəkət çoxlu ictimai fəsada gətirib çıxara bilər”.

 

GünAz TV mətbuat mərkəzinin “Media forum”a istinadən yaydığı məlumata görə,  Əhmədinejad deyib ki, yaxşı olar ki, qanunverici orqan öz işi ilə məşğul olsun və hökumətin işinə qarışmasın: “Bəziləri təsəvvür edir ki, qanunun necə həyata keçirilməsini onlar müəyyənləşdirməlidir. Bunun özü isə qanun pozuntusundan başqa bir şey deyil. Bəziləri elə təsəvvür edir ki, hökumət onların fəhləsidir. Möhtərəm parlament sədri elə güman edir ki, o qanundur. Bu düzgün təsəvvür deyil. Nəzərə almaq lazımdır ki, məsələyə bu cür yanaşmalar ölkədəki atmosferə xələl gətirir. Məgər mümkündür ki, 8 nazirliyin fəaliyyətini dayandırasan və onların birləşdirilməsi ilə bağlı parlamentin təsdiqini alana qədər camaatı məəttəl saxlayasan? Çünki parlamentdəki bu proses aylarla uzana bilər”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar