SON XƏBƏRLƏR

Sayınqalalı (Şahindejli) Fəalların 22 may (1 xordad) hadisələrinin ildönümü ilə bağlı ÇAĞIRIŞı...

2021.10.20, 07:36
Sayınqalalı (Şahindejli) Fəalların 22 may (1 xordad) hadisələrinin ildönümü ilə bağlı ÇAĞIRIŞı...

Gunaz.tv

GünAz TV: Güney Azərbaycan 2006-ci il may hadisələrinin (xordad hadisələrinin) növbəti ildönümü mərasimlərinə hazırlaşır.

 

22 may (1 xordad) günü qeyd olunacaq ildönüm mərasimlərinə çağırış edən milli-mədəni qurum və fəalların sayı artmaqdadır.

Bu zəmində Sayınqalalı (Şahindejli) Milli Hərəkat Fəalları Bəyanat yayaraq, bu tarixi günün Azərbaycan tarixindəki əhəmiyyətini xatırladıb və növbəti ildönüm mərasimlərinin geniş şəkildə həyata keçirilməsinin vacib olduğunu bildiriblər.

Azərbaycan Milli Hərəkatının Sayınqala Qolu Milli Qiyamın İldönümü günü, bütün Sayınqalalı soydaşlarımızı mayın 22-də (xordadın 1-də) keçiriləcək mərasimə dəvət edib. Milli Qiyamın xatirəsini ağırlamaq məqsədi ilə düzənlənəcək mərasim dinc şəkildə keçiriləcək və bu vasitə ilə bir daha Hökumətin anti türk siyasətinə qarşı etiraz bildiriləcək.

 

Zaman:  2011-ci il may ayının 22-i (1390-cı il xordad ayının 1-i), saat 19:00-da

Yer: Sayınqala şəhəri – Dağlar bağı parkı

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar