SON XƏBƏRLƏR

İranın keçmiş xarci işlər nazirinin Dağlıq Qarabağa gizli səfəri...

2021.10.20, 07:36
İranın keçmiş xarci işlər nazirinin Dağlıq Qarabağa gizli səfəri...

Gunaz.tv

GünAz TV: İranın keçmiş xarici işlər naziri Mənuçehr Müttəki ilə bağlı qalmaqallı və şok informasiya yayılıb.

Modern.az xəbər verir ki, “Panarmenian” Agentliyinin (ajansının) yüksək rütbəli mötəbər mənbələrdən əldə etdiyi məlumata görə, Muttəki İranın xarici işlər naziri kimi 2010-cu ilin payızında Azərbayvanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində və ətraf rayonlarda - Zəngilan, Qubadlı və Cəbrayılda səfərdə olub.

Heç bir məlumat açıqlanmayan və son dərəcə gizli keçən səfər tanışlıq xaraketeri daşıyıb. Muttəki qondarma “DQR” rəhbərləri ilə görüşüb və onların müşayəti ilə Azərbaycan sərhədlərini gəzib.

2005-ci ildən İranın xarici işlər naziri olan Muttəki 2010-cu ilin dekabrında Mahmud Əhmədinejad tərəfindən istefaya göndərilib. Maraqlıdır ki, Mutttəki xarici ölkədə səfərdə olarkən vəzifəsindən azad edilib. KİV (Kütləvi İnformasiya Vasitələri) nazirin qəfil istefasının səbəblərini aydınlaşdırmaq istəsə də, mümkün olmayıb.

Bu məlumat istefanın mümkün variantlarından (seçənəklərdən) biri kimi ortaya maraqlı məqamları çıxarıb. Ola bilsin ki, xarici işlər nazirinin bu arzuolunmaz səfəri ciddi diplomatik qalmaqal yaradıb və Muttəkini istefaya göndərmək son çıxış yolu olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar