SON XƏBƏRLƏR

Urmu və Qoşaçay şəhərlərində 8 nəfər dar ağacından asılıb

2021.10.20, 07:36
Urmu və Qoşaçay şəhərlərində 8 nəfər dar ağacından asılıb

Gunaz.tv

GünAz TV: İran rejimi mayın 10-da (ordibeheştin 20-də) Güney Azərbaycanın Qərbi Azərbaycan əyalətinin Urmu və Qoşaçay (Miyandab) şəhərlərinin zindanlarında narkotik maddələrin (məvadde muxəddir) satışında və qaçaqmalçılığında günahlandırılan 8 nəfəri dar ağacından asıb.

 

GünAz TV mətbuat mərkəzinin “Media forum”-a istinadən yaydığı məlumata görə, inqilab məhkəməsinin ölümə məhkum etdiyi məhbuslardan 5-i Urmunun mərkəzi zindanında, 3-ü isə Qoşaçay şəhərinin zindanında dar ağacından asılıb.

 

Urmu zindanında dar ağacından asılanlardan 3-nün adı məlumdur: Arif Rəşidpur, İsfəndiyar Məndahəki və Teymur Əyyubiyan.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar