SON XƏBƏRLƏR

“Azərbaycan Öyrənci Günü” ilə bağlı yeni bildirilər və vərəqələr yayılıb

2021.10.20, 07:36
“Azərbaycan Öyrənci Günü” ilə bağlı yeni bildirilər və vərəqələr yayılıb

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Əhər şəhərinin azad universitetində “Azərbaycan Öyrənci Günü” (9 may , 19 ordibeheşt) münasibəti ilə vərəqələr yayılıb.

 

Öyrəncilər tərəfindən yayılan vərəqələrdə “Azərbaycan Öyrənci Günü”  ağırlanır.

Vərəqələrin mətnində “19 ordibeheşt "Azərbaycan Öyrənci Günü" qutlu olsun” və “Türk dilində mədrəsə - Olmalıdır hər kəsə” qeyd olunub.

 

Keçmiş xəbərlərimizdə qeyd etdiyimiz kimi, “Azərbaycan Öyrənci Günü” ilə bağlı Güney Azərbaycanın müxtəlif Kütləvi İnformasiya Vasitələri, sivil qurumlar və öyrənci təşkilatları bəyanat yayıblar. Hazırda bəyanatlar sırasına Azərbaycan ətraf mühit tərəfdarları və İsfahan universitetləri türk öyrəncilərinin bildiriləridə əlavə olunub.

 

Bildirilərdə “Azərbaycan Öyrənci Günü” təbrik edilir və öyrəncilərimiz yaratdığı tarixin əhəmiyyəti vurğulanır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar