SON XƏBƏRLƏR

Güney Azərbaycanda əsrarəngiz məxluq tapılıb

2021.10.20, 07:36
Güney Azərbaycanda əsrarəngiz məxluq tapılıb

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Meşkinşehr şəhərində qəribə məxluq tapılıb. Heyvanın dinozavr (daynasor) ailəsinə aid olduğunu ehtimal edilir.

"İRNA" xəbər agentliyinin məlumatına görə, Quşa bənzəyən heyvan cəsədi Meşkinşehr şəhərindəki, Ağ bulaq kəndi yaxınlarında kəndlilər tərəfindən aşkarlanıb.

Rəsmilər ilkin müayinələrin nəticələrinə görə, heyvanın milyon illər öncə nəsli tükənən dinozavr ailəsinə aid olduğunu ehtimal edirlər. Daha dəqiqi nəticə üçün isə laboratoriya (labratvar) analizlərinin nəticələrini gözləmək məsləhət görülüb.

Kəndlilər tərəfindən taplan heyvan ölüsünün iki ayağı, böyük başı və iri dişləri var.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar