SON XƏBƏRLƏR

Müəmmər Qəddafi öldü?!

2021.10.20, 07:36
Müəmmər Qəddafi öldü?!

Gunaz.tv

GünAz TV: Bu gün səhər saatlarında NATO qırıcı təyyarələri Liviya (Libi)  prezidenti Müəmmər Qəddafinin sarayını bombalayıblar.

Lent.az-ın “xo Moskvı” radiosuna istinadən verdiyi məlumata görə, bu aviazərbə (hava zərbəsi) nəticəsində ölən və yaralananların olub-olmadığı barədə məlumat verilmir.

Bu arada İtaliyanın “La Stampa”qəzeti Müəmmər Qəddafinin aprelin 30-da paytaxt Tripolidəki (Trablosdakı) iqamətgahı bombalanan zaman ağır yaralandığı və artıq öldüyü barədə məlumat yayıb. Həmin aviazərbə nəticəsində Müəmmər Qəddafinin oğlu Seyf əl-Ərəb və 3 nəvəsi həyatını itirib. Müəmmər Qəddafi bir gün sonra oğlu və nəvələrinin dəfn mərasiminə də qatılmayıb. Dəfn mərasiminə onun oğulları Seyf əl-İslam və Məhəmməd Qəddafi qatılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar