SON XƏBƏRLƏR

Azərbaycanda hərbi gəmilər istehsal olunacaq

2021.10.20, 07:36
Azərbaycanda hərbi gəmilər istehsal olunacaq

Gunaz.tv

GünAz TV: Azərbaycan Silahlı Qüvvələr üçün milli hərbi gəmilər istehsal etməyi planlaşdırır.

 

Bu barədə Bakıda jurnalistlərə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev məlumat verib.

 

APA agentliyinin xəbərinə görə, Rövnəq Abdullayev deyib ki, Bakıda Gəmi Tikinti Zavodu inşa olunur.

 

“Bu zavod müxtəlif mülki gəmilərlə yanaşı, Hərbi Dəniz Qüvvələri və Sahil Mühafizəsi üçün tələb olunan hərbi gəmilərin istehsalını da həyata keçirəcək”, - Rövnəq Abdullayev deyib.

 

APA qeyd edir ki, bu günə qədər ARDNŞ-in balansından Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi üçün 5 ədəd “neft qaz” tipli gəmilərin verildiyini söyləyən R. Abdullayevin sözlərinə görə, bu gəmilər hətta okeanda (iqyanusda) belə iş qabiliyyətinə malikdir:

 

“Həmin gəmilər ARDNŞ-in Gəmi Təmiri Zavodunda hərbçilərin istəyinə uyğun təmir olunub və istifadəyə verilib”, - ARDNŞ prezidenti vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar