SON XƏBƏRLƏR

Milli Qiyam münasibəti ilə 22 mayda (1 xordadda) Təbriz Bazarı açılmayacaq

2021.10.20, 07:36
Milli Qiyam münasibəti ilə 22 mayda (1 xordadda) Təbriz Bazarı açılmayacaq

Gunaz.tv

GünAz TV: Təbriz Bazarının əsnaf və iş adamları Milli Qiyamın (may hadisələri, xordad hadisələri) növbəti ildönümü ərəfəsində Bəyanat yayaraq, 22 may (1 xordad) günü Bazarın açılmayacağını bildiriblər.

 

Bəyanatda qısaca bildirilir:

“Biz Təbriz Bazarının əsnaf və iş adamları 22 mayda (1 xordadda) bazarı bağlayaraq, Azərbaycan xalqı ilə birləşəcəyik.

 

Təbriz bazarı turist imkanı və qonşu ölkələrlə əlaqədar inkişaf edə bilər. Halbuki, qeyr-milli dövlətin ayri-seçkilik və faşizm mövqei buna imkan vermir. Bir zamanlar Təbrizin xalça və ayaqqabı məhsulları Avropa və Amerika bazarlarının zinəti idi, ancaq indi ayaqqabı, xalça, ipək, corab estehsalçıları, zərgərlər və ... ondan-bundan borc alaraq həyat sürürlər.

 

Təbriz Bazarı, vaxtı ilə Şəhid Əmani və başqa fəallar Tehran və Təbrizdə yaxalanarkən onların mülki vəsiqələrini təmin edib. İndidə, Təbriz Bazarı öz qardaşlarının arxasındadır və Milli Fəallar və “Traxtur” (futbol taxımı) tərəfdarlarının hərəkatlarını qəbul edir və bu hərəkata qoşularaq, 22 mayda (1 xordadda) açılmayacaq.”

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar