SON XƏBƏRLƏR

“Azərbaycan Öyrənci Günü” münasibəti ilə BİLDİRİŞlər...

2021.10.20, 07:36
“Azərbaycan Öyrənci Günü” münasibəti ilə BİLDİRİŞlər...

Gunaz.tv

GünAz TV: 1995-ci il may ayının 9-u (1374-cu il ordibeheşt ayının 19-u) Güney Azərbaycanda “Azərbaycan Öyrənci Günü” kimi qeyd olunur.

 

“Azərbaycan Öyrənci Günü”nün növbəti ildönümü münasibəti ilə Güney Azərbaycanın müxtəlif Kütləvi İnformasiya vasitələri, milli-mədəni qurumlar, təşkilatlar və xüsusi ilə öyrənci icmaları bəyanatlar yayıblar.

 

Bəyanatda bu önəmli günün tarixi əhəmiyyəti, milli hərəkata verdiyi təkan, Azərbaycan öyrəncilərinin cəsarəti və milli zəmində gedən fəaliyyətlərdə ön sırada gəldikləri vurğulanıb və təqdir olunub.

 

Urmu universitetinin öyrənciləri, Tehran Biliyurdlarının türk öyrənciləri, Tufarqanlı fəallar və öyrəncilər və ... kimi qurumlar öz bəyanatlarında “Azərbaycan Öyrənci Günü”nün tarixi əhəmiyyətini xüsusi vurğulayıblar.

 

Xatırladaq ki, 1995-ci il may ayının 9-u (1374-cu il ordibeheşt ayının 19-u) İranın Radio-televizyon şirkəti (səda və sima) tərəfindən yayılan suallar Tehranın türk öyrənciləri arasında və Azərbaycan universitetlərində o cümlədən Təbriz və Urmuda böyük etirazlara səbəb oldu. Tehranda yayılan suallar elə tənzimlənmişdir ki, cavab verənlər üçün türklərdən bir qeyri-insani zehniyyət formalaşdırırdı. Vətəndaşlar arasında yayılan bu suallara etizar edən öyrəncilərin bir sırası yaralanıb, həbs edilib və təhsildən məhrum edildilər. Bu xatirə xalqımız tərəfindən unudulmadı və Bir neçə il sonra “Azərbaycan Öyrənci Günü” kimi adlandırıldı.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar