SON XƏBƏRLƏR

Bu gün İstanbulda Ən Az İnkişaf Etmiş Ölkələr toplantısı başlayır

2021.10.20, 07:36
Bu gün İstanbulda Ən Az İnkişaf Etmiş Ölkələr toplantısı başlayır

Gunaz.tv

GünAz TV: Tədbirdə 16 prezident, 14 baş nazir və 36 beynəlxalq təşkilatın təmsilçisi iştirak edir.

BMT-nin (Birləşmiş Millətlər Təşkilatının) Ən Az İnkişaf Etmiş Ölkələr toplantısı bu gün İstanbulda başlayır.

Avropa Birliyi torpaqlarından kənarda ilk dəfə keçiriləcək sammitdə (zirvə konfrans) iştirak daha öncəki tədbirlərdən müqayisə olunmayacaq dərəcədə çoxdur.

Konfransa 16 dövlət başçısı ilə 14 baş nazir və 36 beynəlxalq təşkilatın təmsilçisi qatılır

Tədbirə ev sahibliyi edən İstanbul Qurultay Vadisi Mərkəzi cümə günündən bəri BMT ərazisi sayılır.

Konfransın açılışını prezident Abdulla Gül və BMT baş katibi Ban Ki Mun edəcək. Daha sonra baş nazir Rəcəb Tayyib Ərdoğan iştirakçıların şərəfinə nahar verəcək.

Konfransa sədrliyi isə xarici işlər naziri Əhməd Davudoğlu edəcək. Baş nazirin müavini Əli Babacan və çox sayda başqa nazirlər isə müxtəlif panellərə rəhbərlik edəcək.

Mayın 13-nədək davam edəcək konfransda dünyanın ən az inkişaf etmiş ölkələrinin problemləri müzakirə ediləcək.

Konfransın yekununda 10 illik inkişaf strategiyalarını əhatə edən "İstanbul Fəaliyyət Planı" və siyasi məzmunlu İstanbul bəyannaməsi qəbul ediləcək. TRT

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar