SON XƏBƏRLƏR

Mərakeş də çalxalanmağa başladı

2021.10.20, 07:36
Mərakeş də çalxalanmağa başladı

Gunaz.tv

GünAz TV: Dünən minlərlə insan Mərakeşin paytaxtı Marrakeş küçələrinə çıxaraq hakim sülalə və hərbçilərin zorakılığına qarşı etirazlarını bildiriblər.

 

Milli.Az xəbər portalı "Reuters"ə istinadən bildirir ki, Ölkə hökuməti bu narazılıqların Misir ssenarisi ilə inqilaba çevrilə biləcəyindən narahatdır.

 

Marrakeş küçələrində yürüş Bab Dukkala darvazalarının yanında başlayaraq aprelin 28-də partlayış baş vermiş "Argana" kafesinin yanından keçib. Həmin kafedəki terror aktında (əməlində) 17 nəfər həlak olmuşdu.

 

Nümayişçilər "Azadlıq və təhlükəsizlik istəyir, terrorizm və zorakılığa qarşı çıxırıq!" deyiblər. Bundan başqa, onlar ölkədə tüğyan edən korrupsiyanın (fəsade mali) qarşısının alınmasını tələb ediblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar