SON XƏBƏRLƏR

Libi əməliyyatı 4 həftəyə tamamlanacaq

2021.10.20, 07:36
Libi əməliyyatı 4 həftəyə tamamlanacaq

Gunaz.tv

GünAz TV: İtaliyanın xarici işlər naziri Franko Frattini NATO-nun Liviyada (Libidə) əməliyyatlarının başa çatması ilə bağlı təxmini müddəti açıqlayıb.

GünAz TV mətbuat mərkəzinin “Bizim yol”-a istinadən yaydığı məlumata görə, əməliyyatın bir neçə gün ərzində başa çatması ilə bağlı «optimist ssenari» (xoşbin ssenari) də var, amma reallığı nəzərə almaqla əməliyyat 3-4 həftəyə başa çatacaq. Frattini əlavə edib ki, əməliyyatın müddətini qiymətləndirmək mayın 5-də Romada beynəlxalq cəmiyyətin birgə toplantısı zamanı mümkün olub.

Həmçinin Roma toplantısı zamanı Liviya qiyamçılarına yardım məqsədilə fondun yaradılması da qərara alınıb. ABŞ-ın (Amerika Birləşmiş Ştatlarının) dövlət katibi Hillari Klinton bildirib ki, onun hökuməti Muammar Qəddafinin dondurulmuş vəsaitlərinin Liviya xalqına verilməsi üçün qanuni mexanizmləri axtarır.

Ölkədə vəziyyətə gəlincə, tərəflərin mövqelərində hər hansı dəyişiklik yoxdur. Qəddafi qüvvələri bir neçə şəhəri mühasirədə saxlamaqda davam edir, qiyamçılar isə Əcəb bölgəsində cəmləşməkdədir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar