SON XƏBƏRLƏR

Təbrizin azad universitetində kitabçalar yayılıb

2021.10.20, 07:36
Təbrizin azad universitetində kitabçalar yayılıb

Gunaz.tv

GünAz TV: Azərbaycanın milli hüquqları uğrunda gedən mübarizə səhnəsində xüsusi yer tutan öyrənci soydaşlarımız, Təbrizin azad universitetində kitabçalar yayıblar.

 

Universitetin ağır nəzarət altında saxlanıldığına baxmayaraq, azərbaycanlı öyrəncilər öz milli kimlikləri uğrunda apardıqları mübarizədən bir addım belə geri atmırlar.

 

Bu dəfəki kitabçaların yayılması may ayının 9-na (ordibeheştin 19-na) təsadüf edir. “9 may” (19 ordibeheşt) bir neçə ildir ki, “Azərbaycan Öyrənci Günü” kimi qeyd olunur. Sözü gedən kitabçalar isə “Azərbaycan Öyrənci Günü” barədə məlumat verir və bu günün Öyrənci Günü kimi adlandırılmasının səbəblərini şərh edir.

 

Kitabçalarda qeyd etdiyimiz mövzudan başqa, bir sıra məqalələrdə dərc olunub.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar