SON XƏBƏRLƏR

Babək Xürrəmdin ləqəbli Veblaqçı Evin zindanının Klinikasına köçürülüb

2021.10.20, 07:36
Babək Xürrəmdin ləqəbli Veblaqçı Evin zindanının Klinikasına köçürülüb

Gunaz.tv

GünAz TV: Babək Xürrəmdin ləqəbli azərbaycanlı Veblaqçı cənab Hüseyn Rövnəqi Məleki 2011-ci il may ayının 7-də (ordibeheştin 17-də) Evin zindanının Klinikasına köçürülüb.

 

İnsan haqları Fəallarının xəbər agentliyinin məlumatına əsasən, böyrək xəstəliyindən əziyyət çəkən cənab Rövnəqi aprel ayının 24-də (ordibeheştin 4-də) Tehranın Haşiminejad xəstəxanasında cərrahi əməl olunub.

 

Məlumata əsasən, təhlükəsizlik qüvvələri xəstə məhbusu xəstəxanaya aparan zaman və xəstənin müalicə olunduğu müddətdə, onun ayaq və əllərini qandallayıblar.

 

Xatırladaq ki, Babək Xürrəmdin ləqəbi ilə tanınan Veblaqçı Hüseyn Rövnəqi Məleki məhkəmə tərəfindən 15 il azadlıqdan məhrum edilib.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar