SON XƏBƏRLƏR

12 nəfər azərbaycanlı fəalın son Məhkəmə İclası keçirilib

2021.10.20, 07:36
12 nəfər azərbaycanlı fəalın son Məhkəmə İclası keçirilib

Gunaz.tv

GünAz TV: Təbrizdə 12 nəfər azərbaycanlı fəalın son Məhkəmə İclası keçirilib. Onlar ittihamlara qarşı son müdafiələrini irəli sürüblər.

 

Mühakimə olunan Tanınmış ziyalı və azərbaycanlı fəalların kimlikləri bunlardan ibarətdir:

 

-         Əkbər Azad

-         Heydər Kərimi

-         Aydın Xacei

-         Nəim Əhmədi

-         Yunis Süleymani

-         Həsən Rəhimi

-         Kübra Fərəczadə

-         Əlirza Əbdüllahi

-         Şəhram Radmehr

-         Behbud Quluzadə

-         Şükrüllah Qəhrəmani

-         Mahmud Fəzli

 

Adını çəkdiyimiz azərbaycanlı fəallar keçən il 2006-ci il may ayında baş verən hadisələrin (1385-ci il xordad hadisələri) növbəti ildönümü ərəfəsində Tehran, Ərdəbil, Urmu, Təbriz, Xoy, Meşkinşəhr və ... kimi şəhərlərdə yaxalanıb və aylarca Təbrizin ETTELLAT (İran Kəşfiyyat Nazirliyi) təcridxanalarında həbsdə saxlanıldıqdan sonra 200000 dollarlıq (200 milyon tümən) mülki vəsiqə qarşılığında müvəqqəti azadlığa buraxılıblar.

 

Onların birinci Məhkəmə İclası keçən ilin qış aylarında, ikincisi isə bir neçə gün öncə Dolətabadinin başçılığı ilə keçirilib.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar