SON XƏBƏRLƏR

"Əl-Qaidə" Bin Ladenin öldüyünü təsdiq edib

2021.10.20, 07:36
"Əl-Qaidə" Bin Ladenin öldüyünü təsdiq edib

Gunaz.tv

GünAz TV: "Əl-Qaidə" terror təşkilatı öz lideri Üsamə bin Ladenin həlak olduğunu təsdiq edib. Terror təşkilatı bu barədə Bin Ladenin ölümünü təsdiqləyən bəyanat yerləşdirib.

Trend-in məlumatına görə, bu barədə "Reyter" agentliyi məlumat verib.

Bin Laden mayın 2-nə keçən geçə ABŞ (Amerika Birləşmiş Ştatları) xüsusi təyinatlıları tərəfindən Pakistan paytaxtı yaxınlığında Abbotabad rayonu ərazisində yerləşən möhkəmləndirilmiş evdə öldürülüb. ABŞ hakimiyyəti bin Ladeni 11 sentyabr 2001-ci ildə ABŞ tarixində baş verən ən dəhşətli terror aktının (əçəlinin) təşkilində şübhəli bilirdilər.

ABŞ-ın İslam Saytlarının Monitorinqi Mərkəzinin (SITE Intelligence Group) məlumatına görə, təsdiqedici məlumat ekstremistlərin (radikalların) ümumdünya şəbəkəsindən istifadə etdikləri resursların (mənbələrin) birində yerləşdirilib.

"Əl-Qaidə" mayın 6-da cihadçıların forumlarında lideri Üsamə bin Ladenin ölümünü təsdiqləyən bəyanat yerləşdirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar