SON XƏBƏRLƏR

Xameneyidən Əhmədinejada sərt xəbərdarlıq

2021.10.20, 07:36
Xameneyidən Əhmədinejada sərt xəbərdarlıq

Gunaz.tv

GünAz TV: İrandan daxil olan xəbərlərdə deyilir ki, Ali Dini Lider Ayətulla Xameneyi Prezident Mahmud Əhmədinejada kəşfiyyat nazirini işinə bərpa etməyi, əks halda vəzifəsindən istefa verməyi əmr edib.

Üç həftə əvvəl kəşfiyyat naziri istefaya göndərildikdən sonra ölkədə bu məsələ ətrafında mübahisələr davam edir.

BBC-nin Tehran müxbiri Ceyms Reynolds Londondan xəbər verir ki, Ali Dini Liderin Prezidentə mesajı sərtdir: geri çəkil və ya işini tərk et.

Onlar arasında mübahisə Prezidentin kəşfiyyat nazirini işdən çıxarmasından sonra Ali Dini Liderin bu qərar qarşı çıxmasından sonra başlayıb.

Müxbirimiz yazır ki, Əhmədinejad onun fərmanına qarşı çıxılmasından xoşlanmayıb və opponentlərinin (həriflərin) "köhnə-dəbli xasiyyət" adlandıra biləcəkləri addımı atıb.

Bir həftədən artıq bir müddətdə o, kabinet iclaslarında iştirakdan boyun qaçırıb.

Müxbirimiz deyir ki, Əhmədinejad və Ayətulla atasında mübahisə əslində İslam Respublikasınını (Cümhuriyyətinin) gələcəkdə idarə olunmasına nəzarəti ələ almaq mübarizəsidir.

İran Konstitusiyası (Anayasası) Mahmud Əhmədinejadın üçüncü müddət prezidentlik etməsi üçün 2013-cü il seçkilərinə qatılmasını qadağan edir.

Əvəzində isə belə görünür ki, o keçmiş aparat rəhbəri Esfandiyar Rahim Maşaenin namizədliyini irəli sürmək istəyir.

Cənab Maşaenin müdafiəçiləri deyir ki, o, "mollalarsız islam" şüarını üstün tutur.

Ali Dini Liderin rəhbərlik etdiyi ruhanilər isə təbii ki, bunu eşitmək istəmir. İran xalqı prezidentin hansı addım atacağını gözləyir.

Mahmud Əhmədinejad Qərbi tənqid etməkdən zövq alır, amma öz dini liderinə qarşı eyni addımı atmaq onun üçün çox çətin ola bilər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar