SON XƏBƏRLƏR

Suriyada son Cümə günü: 30 etirazçı və 10 polis həlak olub

2021.10.20, 07:36
Suriyada son Cümə günü: 30 etirazçı və 10 polis həlak olub

Gunaz.tv

GünAz TV: Hüquq müdafiəçiləri Xüms şəhərində 15, Xamda 6, Latakiyada isə ən azı beş nümayiş iştirakçısının toqquşmalarda öldüyünü bildirir.

 

GünAz TV mətbuat mərkəzinin “APA”-ya istinadən yaydığı məlumata görə, Suriyanın digər şəhərlərində də toqquşmalarda ölənlərin olduğu xəbərləri yayılır. Xarici agentliklər təhlükəsizlik qüvvələrinin bütün şəhərlərdə kütləyə atəş açdığını bildirirlər.

 

“Əl-Cəzirə” telekanalı “İnsan” hüquq müdafiə təşkilatına istinadən 26 nümayiş iştirakçısının öldürüldüyü barədə məlumat yayıb. Suriya rəsmi televiziyası isə aksiyaların (yürüşlərin) yatırılması zamanı Xümsdə bir əsgər və dörd polis əməkdaşının öldürüldüyü barədə məlumat yayıb. Ümumilikdə isə dünənki toqquşmalarda 10 polis və əsgərin öldüyü bildirilir. 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar