SON XƏBƏRLƏR

“Dilmac” dərgisi və “Dustaqlar” Veblaqının fəaliyyətinə qadağa qoyulub

2021.10.20, 07:36
“Dilmac” dərgisi və “Dustaqlar” Veblaqının fəaliyyətinə qadağa qoyulub

Gunaz.tv

GünAz TV: Güney Azərbaycan və onun uğrunda fəaliyyət göstərənləri  informasiya blokadasında saxlamaq,  İran rejiminin gündəmindən düşmür.

 

Əldə olunan məlumata görə, Azərbaycan pedaqoji universitetində (daneşqahe tərbiyyəte müəllim) türk-fars dillərində nəşr olunan “Dilmac” dərgisinin fəaliyyəti universitet məsulları tərəfindən dayandırılıb. Buna səbəb “Kimlik böhranı” adlı məqalənin dərc edilməsi  göstərilir.

 

Güney Azərbaycan Milli Tutuqlular Veblaqı “Dustaqlar”-ın fəaliyyətinə də qadağa qoyulub. Adını çəkdiyimiz Veblaq azərbaycanlı fəallar və siyasi tutuqlular barədə geniş məlumat yayırdı. Məhz bu fəaliyyətinə görə, onun blogfa servisi tərəfindən bağlanıldığı düşünülür.

 

Xatırladaq ki, sözü gedən Veblaq son 8 ayda ikinci dəfə olaraq blogfa servisi tərəfindən qapadılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar