SON XƏBƏRLƏR

Babək Hüseyni Müqəddəm azadlığa buraxılıb

2021.10.20, 07:36
Babək Hüseyni Müqəddəm azadlığa buraxılıb

Gunaz.tv

GünAz TV: Azərbaycanlı fəal Babək Hüseyni Müqəddəm Təbriz zindanından mülki vəsiqə qarşılığında azadlığa buraxılıb.

 

GünAz TV mətbuat mərkəzinin “Təbriz səsi”-nə istinadən yaydığı məlumata görə, cənab Hüseyni Müqəddəm təxminən 20000 dollar (20 milyon tümən) dəyərində mülki vəsiqə qarşılığında azadlığa buraxılıb.

 

O 2011-ci il may ayının 1-də (ordibeheştin 11-də) 1 ay həbsdən sonra sərbəst buraxılıb.

 

Xatırladaq ki, adını çəkdiyimiz azərbaycanlı fəal 2011-ci il mart ayının 31-i (fərvərdinin 11-i) Təbrizin səhənd stadiomunda (stadionunda) “Traxtur” taxımının müsabiqələrinin birində, təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb və həbs edilmişdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar